Gündəm
Rəqqasələrə qorxunc tələ: hoteldə 2 ay fahişəliyə məcbur etdilər - VİDEO
40 kubalı rəqqasə qız Makedoniya əsilli bir menecerin təklifini qəbul edib gəldikləri Ankarada kabus dolu günlərin şahidi olublar. Menecer hotelə yerləşdirib pasportlarını əllərindən aldığı qızları 2 ay fahişəliyə məcbur edib. Hadisə bir qızın qaçıb Kuba səfirliyinə sığınmasıyla ortaya çıxıb.
Nərimanovda dördmərtəbəli tikili yanıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərməyən dördmərtəbəli tikilidə yanğın başverməsi barədə məlumat daxil olmuşdur. FHN-dən verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair dissertasiya müdafiə olunub
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın qərarı ilə təsdiq edilmiş tədbirlər planının icrasına başlanılıb.
Terrorizmə qarşı mübarizə niyə nəticə vermir?
Hər bir ölkədə sabitliyin, əmin-amanlığın qorunması, kriminal durumun nəzarət altında saxlanılması, təhlükəsiz həyat şəraitin yaradılmasında hüquq-mühafizə orqanlarının üzərinə böyük məhsuliyyət düşür. Lakin bəzi hallarda hətta inkişaf etmiş ölkələrdə belə cinayətkar qruplaşmaların, terror şəbəkəlarinin fəallığının qarşısını almaq mümkün olmur. Nəticədə dünyanın ayrı-ayrı nöqtələrində terror aktları bir-birini əvəz edir, saysız-hesabsız insan tələfatları qeydə alınır.
PKK-ASALA əməkdaşlığı
Zaman-zaman PKK terror təşkilatının Türkiyəyə qarşı apardığı mübarizədə ermənilərlə işbirliyinə dair məlumatlar gündəmə gəlsə də, lakin hər iki tərəf müxtəlif təkziblərlə bu əməkdaşlığı inkar edib, aralarında hər hansı bir əməkdaşlığın olmadığını sübuta yetirməyə çalışıblar. Lakin tarixi faktlar və müxtəlif illərdə türk polisi tərəfindən həbs edilən PKK-çıların açıq etirafı sözügedən qüvvələrin birgə əməkdaşlığını sübuta yetirib.
Siyavuş Novruzov: “Trampın məktublarını ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirirəm”
“ABŞ prezidentinin Azərbaycan prezidentinə göndərdiyi məktubları ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirirəm”. Bunu ABŞ prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktublarına münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Ailədaxili problemlər nədən qaynaqlanır?
Son illər cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də ailədaxili problemlərin artmasıdır. Demək olar ki, əksəriyyət ailələrdə bu və ya digər formada problemlər meydana çıxır. Bəzən ailələr həmin problemləri qarşılıqlı anlaşma şəraitində həll edə bilsə də, müəyyən qism ailələrdə isə qarşılıqlı anlaşma və bir-birinə güzəşt etməmə səbəbindən həmin ailə ya dağılır, ya da o ailədə etimad mühiti tamamilə yox olur. Bəs görəsən ailədaxili poblemləri necə aradan qaldırmaq məsləhətdir? Ümumiyyətlə, belə bir problemin meydana gəlməməsi üçün hansı addımlar atmaq zəruridir?
Valyuta bazarında sabitlik yaranıb
Dövriyyədə xeyli müddətdir nəğd pul qıtlığı müşahidə edilməkdədir. Zaman-zaman bu problemin necə aradan qaldırılmasının yolları barədə iqtisadi ekspertlər tərəfindən məkliflər, dəyərləndirmələr verilir. Birmənalı olaraq isə o qeyd edilir ki, iqtisadi aktivliyi yalnız kəmiyyət yumşaldılması, yəni dövriyyəyə daha çox nəğd pul buraxmaq yolu ilə artırmırlar.
ABŞ hər zaman Azərbaycana strateji tərəfdaş kimi baxıb
Son aylar Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərdə müsbət dinamika özünü göstərməyə başlayıb. Xüsusilə Donald Trampın yeni Ağ Ev rəhbəri seçilməsindən sonra bu tendensiya özünü büruzə verir.
Azad iqtisadi zonaların yaradılması ölkəmizə nə vəd edir?
Azərbaycan prezidenti İlham Əliyev azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsinə dair sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, son illərdə aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaradıb, dinamik sosial-iqtisadi inkişafa təkan verib. Transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Məhz buna görə də "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli 1912 nömrəli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış normativ hüquqi aktlarının layihələri "azad iqtisadi zona" elan ediləcək ərazilərdə həyata keçiriləcək iqtisadi fəaliyyət üçün əlverişli hüquqi rejiminin müəyyənləşdirilməsini nəzərdə tutur. Maraqlıdır, azad iqtisadi zonanın mahiyyəti nədən ibarətdir və belə zonanın yaradılması ölkəmizə nə verəcək?
Xarici ölkədə olduqda da çıxarışlar almaq mümkün olacaq
Ölkədə daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ layihəsi olan elektron çıxarışların tətbiqinə başlanılıb. Bununla bağlı məsələ artıq hüquqi təsdiqini tapdı. Beləki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli Fərmanı imzalanıb.
Qarabağ münaqişəsinin həlli çıxılmaz vəziyyət səviyyəsindədir
Rusiyadakı bəzi antiAzərbaycan çevrələrin Moskva-Bakı münasibətlərinə zərbə vurmaq məqsədilə istifadə etdikləri Ümumrusiya Azərbaycanlıları Konqresi kartı hələ ki, bu məkirli oyunçuların işinə yarayır. Etiraf etmək lazımdır ki, qeyd edilən amil istər-istəməz Moskva ilə Bakı arasında münasibətlərdə müəyyən mənada sərinlik yaratdı. Düzdür, bu kimi xırda problemlərin Azərbaycan-Rusiya strateji tərəfdaşlığına o qədər də zərbə vurmayacağı əminliyi olsa da, lakin şimaldan artan bu kimi təzyiq vasitələrinin ikitərəfli əlaqələrə təsirsiz ötüşməyəcəyi də mümkün deyil.
"Jewishpress": "Azərbaycan regional və qlobal sistemlərin mərkəzində yerləşməsindən uğurla istifadə edir"
Rusiya və İranla həmsərhəd olan Azərbaycan keçmiş Sovet İttifaqının Avropa hissəsində əhalisinin əksəriyyətinin müsəlman olduğu yeganə respublikadır. Bu İsrail Demokratiya İnstitutunun beynəlxalq əlaqələr üzrə direktoru Maayan Yaffe-Hoffmanın "Jewishpress" qəzetində dərc olunan məqaləsində yazılıb.
"Qarabağ"ın daha bir mümkün rəqibi bəlli oldu
"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki daha 1 potensial rəqibi müəyyənləşib. Təmsilçimiz Litva klubu "Jalgiris"lə üz-üzə gələ bilər. Litva çempionunun II təsnifat mərhələsində səpələnməmişlərdə olacağı dəqiqləşib. "Jalgiris"dən fərqli, Moldova çempionu "Şerif" Azərbaycan Premyer Liqasının qalibi ilə eyni səbətdə, səpələnmişlərdə qərarlaşacaq.
Qadını şantaj edən şəxs tutuldu
Ağcabədi rayon sakini Bakı şəhər sakini olan qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 3000 ABŞ dolları alarkən saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 31-də Yasamal rayonu Mətbuat prospektində Ağcabədi rayon sakini Rakif Quliyev Bakı şəhər sakini E.S(qadın) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 3000 ABŞ dolları alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.














