Xarici ölkədə olduqda da çıxarışlar almaq mümkün olacaq
Ölkədə daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ layihəsi olan elektron çıxarışların tətbiqinə başlanılıb. Bununla bağlı məsələ artıq hüquqi təsdiqini tapdı. Beləki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli Fərmanı imzalanıb.
1 İyun 2017 13:47 SosialElektron çıxarışların tətbiqinə başlanıldı
Ölkədə daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ layihəsi olan elektron çıxarışların tətbiqinə başlanılıb. Bununla bağlı məsələ artıq hüquqi təsdiqini tapdı. Beləki "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununda dəyişikliklər edilməsi barədə qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli Fərmanı imzalanıb. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bu dəyişikliyə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanı yaradılıb. Bununla vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir. Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilir. Odur ki, müasir yanaşmaların tətbiq edildiyi bu sistem vasitəsilə vətəndaş daha operativ şəkildə çıxarışına sahib olur. Yeniliyə əsasən qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron imza ilə təsdiqlənən çıxarış Elektron Hökumət Portalında yerləşdirilir və portal vasitəsilə hüquq sahibi tərəfindən elektron üsulla əldə edilir. Həmçinin daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur. Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında, o cümlədən notariat kontorlarında tam istifadə edə bilir. Bununla da vətəndaşda, aidiyyəti dövlət qurumları, notariuslar və banklar da bu portal vasitəsi ilə həmin çıxarışla bağlı əməliyyatı daha optimal qaydada aparmaq imkanı yaranır. Elektron imza ilə təsdiqləndiyi üçün çıxarışın elektron variantı bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə olunur. Bu da çap edilən sənədlərin etibarlılığını təsdiq edir. Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir. Çıxarış və arxivlərin elektronlaşdırılmasının icrası bu prosesin daha da optimallaşdırılması, maksimum sadələşdirilməsi, şəffaflığın və əhalinin əmlaklarını daha rahat və əlçatan şəraitdə qeydiyyatdan keçirməyə imkan yaradır. Qanuna edilmiş dəyişikliyin də əsas məqsədi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır.
Ən maraqlı və mühüm yenilik odur ki, artıq çıxarışlar, eləcədə digər arayışlar hətta xarici ölkələrdə olduqda da almaq mümkün olacaq. Bu rahatlıqla yanaşı, vətəndaşın vaxtını daha səmərəli planlaşdırmağa imkan verir. Həmçinin çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır."Elektron çıxarış sistemi" inkişaf etmiş və modern üsullar tətbiq olunan ölkələrdə də geniş istifadə edilir. Məsələn Hollandiya, Almaniya, Latviya və s. dövlətlərdə çıxarışlar xüsusi blanklarda verilmir, yalnız elektron şəkildə təqdim olunur. Ölkəmizdə də bu sistemin hazırlanmasında və tətbiqində beynəlxalq təcrübə öyrənilib, qurulan ən optimal model əsasında isə sistem tətbiq edilir. Qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı prosesi vətəndaşdan hüquq müəyyən edici sənədlərin və ərizənin qəbul edilməsi, qeydiyyatın icrası və sənədlərin emalı, nəhayət hazır sənədlərin vətəndaşlara verilməsi kimi üç mərhələdən ibarətdir. Çıxarışların elektronlaşması ilə artıq bu mərhələlərdən əvvəllər yaranmış hüquqlar, habelə təkrar bazarda hüquqların qeydiyyatında sənədlərin qəbulu, elanı və icrası prosesi tam olaraq elektron qaydada həyata keçirilir. Çıxarışın elektron verilməsi isə bu proseslərin sona qədər elektronlaşmasını təmin edir. Elektron çıxarış sisteminin tətbiqi, daşınmaz əmlakın qeydiyyatı sahəsində ölkəmizin Doing Business və digər bu kimi beynəlxalq hesabatlarda reytinq göstəricilərinin artmasına səbəb olur. Qeyd edək ki, ölkədə sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi, prosedurların optimallaşdırılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə xidmət sahəsində innovativ yeniliklərin tətbiq edilməsi ilə bağlı fəaliyyət genişəndirilir.
Qeyd edək ki, Azərbaycan iqtisadiyyatının hazırkı inkişaf səviyyəsinə çatmasında özəlləşdirmənin rolu danılmazdır. Minlərlə dövlət müəssisəsi, on minlərlə kiçik dövlət müəssisə və obyekti uğurlu özəlləşdirmə nəticəsində investorların mülkiyyətinə keçib. Özəlləşdirmə çərçivəsində 250 mindən çox səhmdar səhm sahibi olub, 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb. Yerli investorlarla yanaşı, xarici sərmayəçilərin də iştirak etdikləri təkcə investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatına təxminən 1 milyard manatdan artıq investisiya yatırılıb. Özəlləşdirilən müəssisələrdə 320 mindən çox yeni iş yeri yaradılıb. İndiyə kimi bir çox inkişaf etmiş dövlətlərin investorları Azərbaycanda həyata keçirilən özəlləşdirmədə fəal olaraq iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən, hazırda islahatların yeni mərhələsinə qədəm qoyulub. Bir çox sahələrin modernləşdirilməsi və müasir idarəetmə standartlarının, o cümlədən dövlət-özəl tərəfdaşlığının qurulması istiqamətində uğurlu nəticələr əldə edilib. Aparılan islahatlar çərçivəsində dövlət əmlakının idarəedilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı, torpaq idarəçiliyi, torpaqların elektron kadastrının aparılması, torpaq münasibətlərinin tənzimlənməsi istiqamətində innovativ tədbirlər həyata keçirilib. Hal hazırda da bununla əlaqədar prioritet sahələr üzrə işlər davam etdirilir. Dövlət başçısının tapşırıqlarına və imzaladığı fərman və sərəncamlara uyğun olaraq, hazırda özəlləşdirmə prosesinin yeni strateji mərhələsinə qədəm qoyulub. Müasir yanaşmaların tətbiqi ilə əlaqədar hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakları müstəqil qiymətləndiricilər tərəfindən bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar, investisiya müsabiqələri vasitəsi ilə özəlləşməyə çıxarılır. Bundan başqa özəlləşdirmə prosesində daha bir yenilik olan "Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac" istifadəyə verilib. Bununla ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər. Hazırda qarşıya qoyulan əsas hədəf isə digər əmlakların da elektron hərrac vasitəsilə özəlləşdirilməsini həyata keçirməkdir.
Nurlan