Xalq sizdən cavab gözləyir

Çox hörmətli Gəray Gəraybəyli, Azərbaycanın Baş stomatoloqu, Həkimləri Tək.Univ.Rektoru, Ortopediya Kafed.Müdiri Nazim Pənahov və yeni Səhiyyə Nazirimiz Anar Bayramov, Azərbaycan Xalqı Sizlərdən saxta diplomlu stomatologiya dekanı məsələsində bir açıqlama və addım gözləyir...

Rusiya Federasiyasının Təhsil Nazirliyinin 24 mart 2000-ci il tarixli, 859 nömrəli əmri ilə bağlı sənəddə Dərbənddəki özəl "İnstitut "ЮжДАГ" ayrıca göstərilir.

Sənəddə həmin institut üçün aşağıdakı ali təhsil ixtisasları sadalanır:

1. Biologiya

2. Hüquqşünaslıq

3. Fiziki mədəniyyət və idman

4. Maliyyə və kredit

5. Mühasibat uçotu və audit

6. Avtomobillər və avtomobil təsərrüfatı

7. Yol hərəkətinin təşkili

Siyahıda stomatologiya və müalicə işi, ümumiyyətlə, tibb üzrə ixtisaslar yoxdur.

2000-ci ilə aid dövlət sənədində "YUJDAQ"-ın göstərilən ixtisasları arasında stomatologiyanın olmaması 1997-2002-ci illərdə bu ixtisas üzrə təhsil fəaliyyəti iddiasının yoxlanmasını zəruri edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00