Ailədaxili problemlər nədən qaynaqlanır?
Son illər cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də ailədaxili problemlərin artmasıdır. Demək olar ki, əksəriyyət ailələrdə bu və ya digər formada problemlər meydana çıxır. Bəzən ailələr həmin problemləri qarşılıqlı anlaşma şəraitində həll edə bilsə də, müəyyən qism ailələrdə isə qarşılıqlı anlaşma və bir-birinə güzəşt etməmə səbəbindən həmin ailə ya dağılır, ya da o ailədə etimad mühiti tamamilə yox olur. Bəs görəsən ailədaxili poblemləri necə aradan qaldırmaq məsləhətdir? Ümumiyyətlə, belə bir problemin meydana gəlməməsi üçün hansı addımlar atmaq zəruridir?
1 İyun 2017 13:56 SosialSon illər cəmiyyətdə müşahidə edilən mənfi tendensiyalardan biri də ailədaxili problemlərin artmasıdır. Demək olar ki, əksəriyyət ailələrdə bu və ya digər formada problemlər meydana çıxır. Bəzən ailələr həmin problemləri qarşılıqlı anlaşma şəraitində həll edə bilsə də, müəyyən qism ailələrdə isə qarşılıqlı anlaşma və bir-birinə güzəşt etməmə səbəbindən həmin ailə ya dağılır, ya da o ailədə etimad mühiti tamamilə yox olur. Bəs görəsən ailədaxili poblemləri necə aradan qaldırmaq məsləhətdir? Ümumiyyətlə, belə bir problemin meydana gəlməməsi üçün hansı addımlar atmaq zəruridir?
Psixoloq Təhminə Əkbərzadənin sözlərinə görə, ailənin möhkəmliyini şərtləndirən tələblərdən biri ondan ibarətdir ki, ər və arvadın şəxsi keyfiyyətləri bir-birini tamamlamalıdır. Psixoloq bildirib ki, bu qanunauyğunluğun pozulması ər-arvad konfliktlərinə səbəb olur: "Ailədə həm qadın, həm də kişi öz rolunu düzgün dərk etməlidir. Məsələn, fiziki baxımdan zəif cinsin nümayəndəsi olan qadına güclü cinsin nümayəndəsi olan kişi arxa-dayaq olmalı, kişi məişət işlərində qadına kömək göstərməli və övlad tərbiyəsində aktiv iştirak etməlidir. Əgər bir tərəf digərindən asılı olarsa, gec-tez asılı tərəf digərinin "hökm"lərinə tabe olmaq zərurəti ilə qarşıllaşacaq və buna edilən etiraz nəticəsində konfliktlər, qalmaqallar, boşanmalar, neqativ hallar baş verəcək. Tərəf müqabilinin dözülməz xasiyyəti, birinin digərini fiziki və psixoloji zorakılığa məruz qalması şəraitində yaşayan insanlar psixoloqlar tərəfindən qınaq edilir. Psixololji araşdırmalar sayəsində sübut olunub ki, belə ailələr cəmiyyətə heç bir fayda vermir. Əksinə bəla və faciə mənbəyinə çevrilir. Təbii müşahidələrdən bəlliidir ki, zorakılıq halları ilə ən çox qadınlar üzləşir və ailədə qadınların hüquqlarının pozulmasına, şiddətlərin artmasına, ailələrin dağılmasına və digər fəsadlara səbəb olur". Psixoloq deyib ki, ər-arvad konfliktlərinin əsas səbəbləri ailədə əmək fəaliyyətinin düzgün paylaşdırılmaması, maddi və mənəvi tələblərin ödənilməməsi, psixi və fiziki uygunsuzluqlardır: "Qaynana-gəlin konfiliktləri də aktual problemdir. Maraqlı məqam ondan ibarətdir ki, təzə qohum olmağa hazırlaşan qaynana və gəlin bir-birini nə qədər bəyənsələr də, istər-istəməz şüuraltı təbəqələrinə yüklənmiş bu neqativ məlumatların qurbanına çevrilirlər. Məsələn, ailə həyatı qurmağa hazırlaşan gənc qızın və qaynananın şüuraltı təbəqəsini qaynana-gəlin problemləri ilə bağlı neqativ xarakterli məlumatlarla qonşu-qadın, bibi-xala, rəfiqə və s. tərəfindən proqram yüklənir. Beləliklə də həm qaynana, həm gəlin hələ münasibətlər dərinləşmədən öncə təxəyyüllərində öz münasibətlərinin modelini qurmağa başlayır və müəyyən mənada hakimiyyət bölgüsü də aparırlar. Bir-birilərinin qüsurlarını axtarırlar. Təbii ki, həddindən çox diqqət yetirilən münasibətdə hər hansı qüsur aşkarlanacaq və aşkarlanır da. Bu zaman şüuraltındakı qorxu vadar edir ki, məsələ aydınlaşdırılsın, nəticədə konfliktlər yaranır. Bu münadibətlərə sivil yanaşmaqla və bir-birinə kompromisə getməklə vaxtında problemin qarşısını almaq olar". Təhminə Əkbərzadə deyib ki, valideyn tələbkarlığı, övladın ailənin tərbiyəvi tədbirləri ilə hesablaşmaq istəməməsi, yaş krizləri və digər səbəblərdən valideyn və övladlar arasında müxtəlif xarakterli konfilktlər baş verir: "İstənilən halda belə konfliktlərin baş verməsi ailə üzvlərinin bir-birini daha yaxından tanımasına köməklik göstərir. Cəmiyyətdə konfliktlərin çoxluğunu nəzərə alsaq, ailədə baş verən konfliktlərin sayəsində övladlar cəmiyyətə hazırlanır. Lakin bu prosesə valideynlər tərəfindən düzgün yanaşma tələb olunur. Əks təqdirdə övlad yetkinlik yaşına çatar-çatmaz ailədən uzaqlaşa bilər, hətta övladlar valideynlərdən imtina da edərlər və ya əksinə. Valideyn-övlad konfliktlərinin qarşısını almaq üçün konfliktə səbəb olan problemi təhlil etmək və tərbiyəvi təsir xarakterli həll yolu seçmək və övladın fikirlərini söyləməsinə şərait yaratmaq lazımdır. Valideynlər övladları dünyaya gətirərkən onların bir-birinə arxa-dayaq olacaqları ilə bağlı xəyallar qurur və bu prosesin reallaşacağına şübhə də etmirlər. Lakin, təəssüflər olsun ki, bu proses həmişə arzuların reallaşması ilə bitmir. Ona görə də hələ uşaqlıqdan övladlar arasındakı konfliktlərin əsas motivlərini müəyyənləşdirmək və onun aradan qaldırılması istiqamətində tərbiyəvi tədbirlərin görülməsi tələb olunur. Valideyn məhəbbətinin düzgün paylaşdırılmaması, övladlar arasında vəzifələrin düzgün bölüşdürülməməsi onları liderlik uğrunda konfliktlərə təhrik edir". Psixoloq hesab edir ki, aliədaxili konfliktlərin, ailə mədəniyyətinin formalaşma səviyyəsindən birbaşa asılıdır: "Konfliktlər öz həlli yolunu tapmadıqca daha da kəskinləşir və ağır fəsadlara səbəb olur. Konfliklərolan yerdə həm fiziki həm psixoloji zorakılıq hallarının yaşanması da adi hallara çevrilir. Zorakılıq hallarından can qurtarmaq məqsədi ilə sui istifadə hallarda baş verə bilər. Ailədə konflikt və zorakılıq hallarına qarşı profilaktik tədbirlərə gəlincə bunların sırasında ailə üzvlərindən heç kəsin şəxsiyyətini təhqir etməmək, hər kəsin hüququna hörmətlə yanaşmaq, hər kəsin söz azadlığına şərait yaratmaq, komprimisə getməyi böyüklük kimi qəbul etmək kimi vacib məqamlar yer alır. Şəxsi münasibətləri dərinləşdirmək məqsədilə ailəliklə müxtəlif mərasimlərdə, əyləncələrdə, oyunlarda aktiv iştirak eləmək də zəruridir".
Füzuli