Ermənistan deputatı: "Apostol Kilsəsi ilə bağlı komissiyanın yaradılması milli kimliyə zərbədir" – ÖZƏL
15:13 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın "Ermənistan" fraksiyasının deputatı Artur Xaçatryan keçirdiyi mətbuat konfransında Erməni Həvari Kilsəsi (AAK) ilə bağlı komissiyanın yaradılmasını rüsvayçılıq və milli kimliyə ağır zərbə kimi qiymətləndirib. O, kilsənin erməni kimliyinin əsas sütunlarından biri olduğunu vurğulayaraq, hökumətin təqdim etdiyi "faktların" yalnız media yazılarından ibarət olduğunu və bu prosesdə iştirak etmək niyyətində olmadıqlarını bildirib.
Xaçatryan, həmçinin hökumətin Artsax ermənilərinin siyasi və geri qayıdış hüquqlarını gözardı edərək məsələni yalnız sosial-iqtisadi müstəviyə endirməsini tənqid edib. (?)Ölkədə diktaturanın formalaşdığını qeyd edən deputat, Baş nazir Paşinyanı məhkəmə sisteminə təzyiq göstərməkdə ittiham edib və bu rejimin hətta hakim siyasi elitanın özü üçün də təhlükə yaratdığını xəbərdar edib.