Gündəm
Qadın sürücü dəhşətli qəza törətdi
Bakıda ölümlə nəticələn yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 31-də saat 14 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Ağamirzə Heybətov idarə etdiyi “Toyota” markalı avtomobillə arakəsmə səddini aşaraq yolun əks istiqamətinə çıxıb və paytaxt sakini Aysel Quliyevanın idarə etdiyi “Hyundai” və Quba rayon sakini Şəhriyar Ələsgərovun idarə etdiyi “Volkswagen” markalı avtomobillərlə toqquşub. Nəticədə A.Quliyeva, Ş.Ələsgərov və sərnişini xəstəxanaya yerləşdiriliblər, xanım sürücü orada ölüb. Faktla bağlı araşdırma aparılır.
“Excelsior Hotel & Spa Baku” oteli yenə birinci oldu
“Excelsior Hotel & Spa Baku” oteli may ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. “Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə otelin fəaliyyəti ilə bağlı mətbuatda 301 məlumat işıqlanıb.
“Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının Yekun Konfransı keçiriləcək
İyunun 6-da Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilən “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının Yekun Konfransı baş tutacaq. ADA Universitetində təşkil olunacaq bu konfransda dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri, kampaniyaya cəlb olunmuş gənclər və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub. “OLAYLAR”-ın xəbərinə görə, yekun konfransın əsas məqsədi kampaniya müddətində əhatə edilmiş fəaliyyətlərə dair hesabatın təqdim olunması və müvafiq nəticələrin ictimaiyyətə çatdırılmasıdır.
839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq məşğələyə cəlb olunub
Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatıb. 2016-2017-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq məşğələyə cəlb olunub.
Komitə sədri: Uşaqların təhsildən yayınmasının səbəbi internetdən yanlış istifadədir
“Bu gün uşaqların təhsildən yayınmasının, onlara qarşı zorakIlıq hallarının baş verməsinin səbəblərindən biri də uşaqların internetdən lazım olmayan formada istifadə etməsidir”.
İranlı idmançı: “Bakıda keçirilən İslam Oyunlarının təşkilatçılıq səviyyəsi Rio Olimpiya oyunlarından yüksək idi”
“Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının təşkilatçılıq səviyyəsi Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya oyunlarından qat-qat yüksək idi”. İslamiadada 105 kq çəki dərəcəsində qızıl medal qazanan Məhəmmədrza Bərari deyib.
Azərbaycan prezidenti: “Şahdəniz-2” çərçivəsində əlavə 16 milyard kubmetr qaz hasil olunacaq”
“Bu gün tarixdə qalacaq. Çünki biz bu gün “Şahdəniz” platformasının üst hissələrini rəsmi qaydada açıq elan edirik. Bir neçə gündən sonra bu nəhəng qurğular dənizə göndəriləcək və “Şahdəniz” yatağında quraşdırılacaq. Bu, böyük tarixi hadisədir. Çox sevindirici haldır ki, bu nəhəng qurğular yüz faiz Azərbaycanda inşa edilibdir. Bir neçə il bundan əvvəl, xüsusilə “Şahdəniz” yatağı üzrə kontrakt imzalananda, bunu təsəvvür etmək belə mümkün deyildi”.
Prezident: “BP-nin fəaliyyət sferasında Azərbaycan bir nömrəli investisiya məkanıdır”
“BP ilə xüsusi münasibətlər o vaxtdan həmin şirkətin Azərbaycanın enerji bazarında, qlobal enerji bazarında fəal oyunçu olması faktına əsaslanır. O vaxtdan indiyədək tərəfdaşlığımızı strateji tərəfdaşlığa çevirən bir çox başqa müqavilələr imzalanıb. Onlardan biri “Şahdəniz”dir. Növbədə “Dayaz sular” və başqaları var. Bu, tərəfdaşlığın yaxşı göstəricisidir”. Bunu “Şahdəniz Mərhələ 2” üçün inşa olunan yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.
Ermənistanın iki hərbi obyekti dağıdılıb- VİDEO
Cəbhə xəttində artan erməni təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələri layiqli cavab verirlər. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiuyi xəbərə görə. Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu bölmələrimiz tərəfindən atəşlə dağıdılıb.
Şimşək çaxacaq, yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
İyunun 2-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Media nümayəndələri düşmənlə 500 metr məsafədə
Naxçıvan Muxtar Respublikasına səfər edən KİV rəhbərlərindən ibarət nümayəndə heyyəti hazırda Sədərək rayon Heydərabad qəsəbəsindədirlər.
Sosial mənzil hüququndan bir dəfə faydalanmaq olar
“Sosial evlərə qeydiyyat başladıqdan sonra güzəştli mənzil almaq istəyən vətəndaşlarımızdan qeydiyyatdan keçmə vaxtının onların ev almaq imkanlarına təsirləri ilə bağlı suallar alırıq”.
Almaniya ilə ədliyyə sahəsində səmərəli əməkdaşlıq edilir
Mayın 30-31-də Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) icraçı direktoru xanım Veronika Keller-Engels başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olub.
Bahar Muradova: "Azərbaycanda uşaqların hüquqlarına diqqətlə yanaşılır"
"Azərbaycanda bütün insanlaarın hüquqlarına hörmətlə yanaşıldığı kimi, onun tərkib hissəsi olan uşaq hüquqlarına da çox diqqətlə yanaşılır". “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova “Mənim səsim - mənim hüquqlarım: parlamentdə müzakirə” mövzusunda keçirilən dəyirmi masada çıxış edərkən deyib.
Bakının mərkəzində zəncirvari qəza: ölən və yaralılar var - ADLAR - YENİLƏNİB - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) mayın 31-də Bakıda, Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, mayın 31-də saat 14 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Ağamirzə Heybətov idarə etdiyi "Toyota" markalı avtomobillə arakəsmə səddini aşaraq yolun əks istiqamətinə çıxıb və paytaxt sakini Aysel Quliyevanın idarə etdiyi "Hyundai" və Quba rayon sakini Şəhriyar Ələsgərovun idarə etdiyi "Volkswagen" markalı avtomobillərlə toqquşub.














