Gündəm
Rasim Musabəyov: “Problemin həlli həmsədrlik səviyyəsindən çıxıb”
“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərindən də heç nə gözləməyə dəyməz”. Bunu millət vəkili Rasim Musabəyov deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çoxdan həmsədrlik səviyyəsindən çıxıb: “İndi onların işi odur ki, gəlib vəziyyəti öz gözləri ilə müşahidə etsinlər və hansısa bir təkliflər hazırlasınlar. Problemi ölü nöqtədən tərpətmək üçün onların nə nüfuzları, nə də imkanları var. Ona görə də bu səfərin nəticəsi kimi sonradan xarici işlər nazirlərinin görüşü təşkil olunsa belə, bu o deməkdir ki, həmsədrlərin səfəri mənasız olmadı”.
Politoloq: “Donald Tramp Azərbaycanla münasibətləri yüksək dəyərləndirir”
“ABŞ həm terrorizmlə mübarizədə, həm iqtisadi layihələrdə, həm tolerantlıq və multikultural dəyərlərin qorunmasında, həm də regionda təhlükəsizlik məsələsini həll etməyə çalışan bir dövlət kimi Azərbaycanın rolunu müsbət və yüksək qiymətləndirir. Bu ölkə ikitərəfli münasibələtlərin daha da inkişafı istiqamətində müvafiq addımların atılması üçün müəyyən qərarlar verməyə hazırdır”. Bunu politoloq Arzu Nağıyev deyib.
Hadı Rəcəbli: “Ümummilli Lider Heydər Əliyev xarizmatik şəxsiyyət idi"
“15 İyun – Milli Qurtuluş Gününün Milli Məclisdə deputatlar tərəfindən qaldırılması və bu məsələnin gündəmə gətirilməsi əlbəttə ki, o tarixi hadisələrə verilən böyük yüksək qiymətdir. Əgər biz tarixə nəzərə salsaq görərik ki, o zamanlar Azərbaycanda özbaşınalıq, hərcmərlik, kənardan müdaxilələr nəticəsində kataklizmlər, ölkəmizin dağılması və s. ehtimalı var idi. Təbii ki, bu da bilərəkdən təşkil olunmuşdu. Digər tərəfdən isə anlamadan, bilmədən o zaman hakimiyyətə gələn qüvvələr xarici dairələrin təsiri ilə Azərbaycanın dağılması ehtimalını yaradırdılar”. Bunu millət vəkili Hadı Rəcəbli deyib.
Əli Əhmədov: “Qara müsahibat”lıq qara ləkəyə çevrilib
“Ən çox yayılmış üsul işəgötürənlərin işçilərinin sayını azaltmasıdır. Bir çox iqtisadi fəaliyyət sahələri mövcuddur ki, qanunlarda və normativ aktlarda mövcud olan boşluqlar onlara öz bəd əməllərini həyata keçirməyə münbit şərait yaradır. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi, istifadə olunan işçilərin sayının gizlədilməsi hallarına tikintidə daha çox rast gəlmək mümkündür”.
Tramp ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsini təxirə saldı
ABŞ prezidenti Donald Tramp İsraildəki Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini daha yarım il müddətinə dondurmaq niyyətindədir. Bu haqda ABŞ-ın NBC telekanalı xəbər verib. Məlumata görə, Ağ Evin başçısı diplomatik nümayəndəliyi Təl-Əvivdə saxlamağa imkan verəcək veto hüququndan istifadə etmək istəyir.
İŞİD-in “xəbər agentliyi”nin yaradıcısı öldürüldü
Suriyada ABŞ-ın rəhbərliyi altında koalisiya təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində İŞİD-in “Amaq” “xəbər agentliyi”nin yaradıcısı Rayan Meşaal məhv edilib.
İlham Əliyev “Şahdəniz-2” platforması üst tikililərinin dənizə yola salınması mərasimində
“Şahdəniz-2” üçün inşa olunan yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin iyunun 1-də Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yola salınması mərasimi olub.
Tanınmış jurnalist Azərbaycandan qaçarkən saxlanıldı
Tanınmış jurnalist Azər İsrafilov yenidən həbs edilib. Bu barədə lent.az-a hüquq-mühafizə orqanlarında məlumat verilib. Bildirilir ki, Azər İsrafilov Xaçmaz rayonunun Yalama qəsəbəsi ərazisindən Rusiya Federasiyasına keçmək istəyərkən saxlanılıb. Məlum olub ki, onun barəsində yenidən cinayət işi açılıb və axtarışdadır. A.İsrafilov Bakıya gətirilib.
Nazir: “Təhsil müəssisələrinə verilən internetdə filtr tətbiq olunur”
“Təhsil prosesini internetə çıxış olmadan təsəvvür edə bilmirik”. Bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib.
Fransa səfiri: “Dağlıq Qarabağ məsələsində status-kvo davam edə bilməz”
"ATƏT-nın Minsk qrupu danışıqlar prosesində həmişə fəaldır". Bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib. Onun sözlərinə görə, hər üç həmsədr bir-biri ilə, həmçinin münaqişə tərəflərinin dövlət başçıları və xarici işlər nazirləri ilə daim təmasda olur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə dəstək missiyası ilə görüş olub
BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin icrası, o cümlədən yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli irəliləyişlərə nail olan Azərbaycan bu mötəbər qurumun 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində də konkret fəaliyyət istiqamətləri üzrə məqsədyönlü iş aparır. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev nazirlikdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə dəstək missiyası ilə keçirilən görüşdə bildirib.
“Genom data analizi üçün Python” adlı təlim
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda “Genom data analizi üçün Python” adlı proqramlaşdırma dilinin tədrisi ilə bağlı təlim başlanılıb. İnstitutdan “Olaylar” – a bildirlib ki, təlimin keçirilməsində məqsəd bu dilin köməyi ilə Yeni Nəsil Sekvensləmə texnologiyaları vasitəsilə alınmış bioloji datanın emalı və interpretasiyasını həyata keçirtməkdir. Python böyük araşdırma mərkəzlərində geniş istifadə olunur və elmi hesablamalar üçün çoxlu kitabxanalara malikdir. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır.
Vərəmdən ölüm halları 2 dəfə azalıb
"Son 10 il ərzində Azərbaycanda vərəmdən ölüm halları 2 dəfə azalıb". “Olaylar” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Azərbaycanda vərəmin qasrşısının alınması üçün dövlət proqramının olduğunu deyən E.Ağayev əlavə edib ki, vərəmlə mübarizə sahəsində QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə keçirilən layihələrin xüsusi rolu olub. E.Ağayev qeyd edib ki, ölkədə vərəmin multirezident formasının qarşısının almağa çalışıblar.
Ziyafət Əsgərov: “Trampın məktubları çox xoşuma gəldi”
“Bizim ABŞ ilə münasibətlərimiz hər zaman yaxşı olub. ABŞ prezidenti Donald Tramp Amerika-Ərəb sammitində çox gözəl bəyanat verdi. Eyni zamanda 28 May münasibəti ilə Azərbaycan prezidenti və xalqını təbrik etdi”.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.
Şimali Kiprdəki diaspor rəhbərindən Cənubi Kiprin XİN rəhbərinə tutarlı cavab
Cənubi Kiprin xarici işlər naziri İoannis Kusulidesin Ermənistan rəsmiləri ilə keçirdiyi görüş zamanı Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi əsassız və yalan dolu fikirlərə Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı tərəfindən cavab verilib. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Mert Özdeşin aparıcılığı ilə Kıbrısın Diyalog TV kanalında məsələ ilə bağlı geniş müzakirə aparıb. Diaspor rəhbəri tarixi faktlar və xəritə əsasında Qarabağ və Naxçivanin tarixi və siyasi statusunu önə çəkərək Cənubi Kiprin XİN rəhbərinin yalanlarını ifşa edib.














