“Genom data analizi üçün Python” adlı təlim
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda “Genom data analizi üçün Python” adlı proqramlaşdırma dilinin tədrisi ilə bağlı təlim başlanılıb. İnstitutdan “Olaylar” – a bildirlib ki, təlimin keçirilməsində məqsəd bu dilin köməyi ilə Yeni Nəsil Sekvensləmə texnologiyaları vasitəsilə alınmış bioloji datanın emalı və interpretasiyasını həyata keçirtməkdir. Python böyük araşdırma mərkəzlərində geniş istifadə olunur və elmi hesablamalar üçün çoxlu kitabxanalara malikdir. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır.
1 İyun 2017 12:34 SosialAzərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda "Genom data analizi üçün Python" adlı proqramlaşdırma dilinin tədrisi ilə bağlı təlim başlanılıb. İnstitutdan "Olaylar" - a bildirlib ki, təlimin keçirilməsində məqsəd bu dilin köməyi ilə Yeni Nəsil Sekvensləmə texnologiyaları vasitəsilə alınmış bioloji datanın emalı və interpretasiyasını həyata keçirtməkdir. Python böyük araşdırma mərkəzlərində geniş istifadə olunur və elmi hesablamalar üçün çoxlu kitabxanalara malikdir. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır.
Təlim İnstitutun Biotexnologiya şöbəsinin elmi işçisi Orxan Bağırlı tərəfindən keçirilib. O, bakalavr təhsilini dövlət proqramı vasitəsilə Kanadanın Toronto Universitetində Elektrik və komputer mühəndisliyi ixtisası üzrə alıb. Bu müddət ərzində universitetin Energetika cəmiyyətinin elmi tədqiqat işləri üzrə prezident, Azərbaycanlı tələbələr cəmiyyətinin vitse-prezidenti vəzifələrində çalışmış, dəfələrlə fərqlənmə sertifikatlarına layiq görülüb.
Magistratura təhsilini isə İsveçin Uppsala Universitetində tam təqaüdlə Enerji Texnologiyaları ixtisası üzrə bitirmişdir. Təhsil aldığı dövrdə "Azərkosmos" ASC-də mütəxəssis vəzifəsində, Fransanın Airbus Defence and Space şirkətində Peyk missiyasının planlaşdırılması üzrə çalışıb.
Hal-hazırda elmi ədəbiyyatın mütaliəsini asanlaşdıracaq veb-servis üzərində işləyir, həmçinin İnstitutun Biotexnologiya şöbəsinin İnsan genetikası qrupunda data elmi ilə bağlı proyektlərdə iştirak edən O.Bağırlı gələcək işlərini Süni İntellekt Alqoritmlərinin Bioinformatika səhəsinə tətbiqi istiqamətində planlaşdırır.