Almaniya "Şimal Axını" boru kəmərinin bombalanmasının müharibə cinayəti hesab edilməli olduğunu bildirib-ÖZƏL

Almaniya Federal Prokurorluğu hesab edir ki, "Şimal Axını 2"nin bombalanması işində təqsirləndirilən ukraynalı Sergey Kuznetsovun hərəkətləri müharibə cinayəti təşkil edir. Olaylar.az xəbər verir ki, TASS müxbirinin verdiyi məlumata görə, məhkəmə prosesi Hamburq Ali Regional Məhkəməsində davam edir.
Prokuror bildirib ki, "O, bu əməlləri Ukrayna ordusunda zabit kimi xidmət edərkən və Ukrayna dövlət strukturlarından xəbərdar olmaqla törətdiyinə görə, onlar müharibə cinayəti hesab edilməlidir". Ukraynalı partlayışlar törətməkdə, binaları dağıtmaqda və dövlət müəssisələrinin fəaliyyətini pozmaqda ittiham olunur.

Dinləmənin əvvəlində Kuznetsov şifahi ifadə verməkdən imtina etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31