Nikol Paşinyan media orqanlarını məhkəməyə verib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan "Yerevan.Today" saytını, nəşrin baş redaktoru Sevak Akopyanı və "Ayeli" ("Güzgü") mətbuat klubunu məhkəməyə verib. "Datalex" məhkəmə-hüquq məlumat portalında dərc olunan informasiyaya əsasən, hökumət başçısı "Yerevan.Today"in sahibi olan "Media Plus" MMC və Akopyandan "yüksək səviyyəli talançılıq" və "yüksək dərəcəli korrupsiya" ilə bağlı səsləndirilən iddiaların təkzib olunmasını tələb edir.

Paşinyan, həmçinin bu məlumatları yayan "Ayeli" mətbuat klubundan da təkzib verməsini istəyir. Bundan əlavə, iddia ərizəsində cavabdehlərdən "dəymiş qeyri-maddi zərərə görə pul kompensasiyası" qismində 4 milyon dram (təxminən 11 min ABŞ dolları) tutulması tələbi də yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00