Kuşner Zelenskinin danışıqlar taktikasını səmərəsiz hesab edir- ÖZƏL
12:57 DünyaABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlar üslubunun nəticə əldə etməyə mane olduğunu düşünür.
Olaylar.az xəbər verir ki, "New York Magazine" nəşrinin məlumatına görə, Kuşner Zelenskiyə rəğbət bəsləsə də, Ukrayna tərəfinin danışıqları açıq və sərt şəkildə aparmaq vərdişinin prosesə zərər verdiyini hesab edir.
Nəşrin yazdığına görə, Zelenskinin ABŞ-ın mümkün razılaşma təklifinə qarşı çıxaraq özünü ədalətsizliyə məruz qalmış tərəf kimi təqdim etməsi Donald Trampın narazılığına səbəb olub. Tramp isə buna cavab olaraq Ukraynanın özünə yeni prezident tapmasını təklif edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00