Gündəm

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

1 İyun 2017 12:25

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 31-də Şırnak əyalətinin Uludərə rayonundakı Şenoba bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşıka və Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.

Ekoloji vəziyyətlə bağlı araşdırma aparılıb 

1 İyun 2017 12:24

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Bizim Gənclik” İctimai Birliyi tərəfindən “Korporativ sosial məsuliyyət çərçivəsində ekologiya” layihəsinin icrası başa çatıb və Bakı şəhərində cari ilin 30-31 may tarixlərində yekun tədbirlər həyata keçirilib.

“Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regionda təhlükəsizliyə təsiri” mövzusunda İctimai Forum keçiriləcək

1 İyun 2017 12:23

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) “ Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regionda təhlükəsizliyə təsiri ” mövzusunda Bakıda geniş İctimai Form keçirəcək. “OLAYLAR”-ın xəbərinə görə, Prezident yanında QHT – lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqovun bildirdiyinə görə, formun əsas prioriteti Azərbaycan torpaqlarının işğal edilməsi faktının regionda yaratdığı təhlükəsziliyin və böhranın beynəlxalq qurumlara çatdırılmasıdır: “Əsas məqsədimiz informasiya resurslarının işə cəlb olunması ilə regional təhlükəsizliyin qlobal təhlükəsizliyə keçidi və münaqişənın yeni bir müstəviyə keçməsinin qarşısını almaq üçün səylərin artırılmasında beynəlxalq ictimaiyyətin fəallığının artırılmasına nail olmaqdır. Bunun üçün bir sıra işlər görülməlidir. Beynəlxalq təşkilatların Ermənistana qarşı sərt mövqe nümayiş etdirməsinə nail olmaq, Ermənistanın, eləcə də, Dağlıq Qarabağdakı terrorçu qrupun işğalçılıq siyasətinə, qeyri-qanuni fəaliyyətinə qarşı təsiredici adddımların gücləndirilməsi və BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin işləməsi üçün beynəlxalq ictimaiyyətin səfərbər olunmasıdır”.

Sarayda“Füzuli yadigarı”

1 İyun 2017 12:19

İyunun 28-də Heydər Əliyev adına Sarayda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin xatirəsinə həsr olunmuş “Füzuli yadigarı” adlı ədəbi bədii gecə keçiriləcək.

Əhməd Dərviş və Əhməd ət-Tarabik Şərqşünaslıq İnstitutunda

1 İyun 2017 12:18

Misirli alimlər dr. Əhməd Dərviş və Əhməd ət-Tarabik AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar. Onları Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi müşayiət edib.

28 May Vaşinqtonda Azərbaycan Milli Günü elan edilmişdir

1 İyun 2017 12:15

2017-ci il 28 may tarixinin ABŞ paytaxtında rəsmi şəkildə Azərbaycan Milli Günü elan edilməsi barədə Vaşinqton şəhərinin meri Müryel Bouzer Bəyanat (Proclamation) imzalamışdır.

Şahdəniz 2 platformalarının birinci üst tikililəri dənizə yola salındı

1 İyun 2017 12:12

Şahdəniz konsorsiumu məmnuniyyətlə elan edir ki, Şahdəniz Mərhələ 2 üçün inşa olunan iki platformadan birinin  üst tikililəri bu gün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin iştirak etdiyi rəsmi mərasimlə Xəzər dənizindəki Şahdəniz müqavilə sahəsinə yola salınıb.

Elsevər Ağayev: “Səhiyyədən bütün əhalinin razı qaldığı ölkə tanımıram”

1 İyun 2017 12:08

“Son illər səhiyyə sahəsində maddi-texniki baza və kadrların hazırlanması istiqamətində uğurlu addımlar atılıb”. “Olaylar” xəbər verir ki, bu fikri səhiyyə nazirinin müavini Elsevər Ağayev AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib.

Deputat: “Bəzi şirkətlər ağına-bozuna baxmadan borclanmaya gedirlər”

1 İyun 2017 12:06

“Hazırda xarici borclar büdcənin 20 faizini təşkil edir. Proses bu şəkildə davam edərsə, bu 30 faizdən də yuxarı ola bilər”. Bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, bəzi şirkətlər ağına-bozuna baxmadan borclanmaya gedirlər: “Düzdür, onların içərisində möhtəşəm layihələr həyata keçirənlər də var. Ancaq elələləri də var ki, nə etdikləri məlum deyil.

Milli Məclis  2 dəfə növbədənkənar iclas keçirəcək

1 İyun 2017 12:04

Milli Məclisin növbədənkənar keçiriləcək iclasının vaxtı məlum olub. “Olaylar” xəbər verir ki, Parlamentdən Modern.az-a daxil olan məlumata görə, növbədənkənar iclasların iyunun 13 və 23-də keçiriləcəyi gözlənilir. Məlumatda bildirilib ki, iclasın gündəliyi yaxın vaxtlarda açıqlanacaq.

Ziyafət Əsgərov hiddətləndi: “Bunlar elə tayfadır ki...”

1 İyun 2017 12:00

“Ermənilər yalnız cəbhədə vəziyyəti gərginləşdirmirlər. Onlar müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirirlər və cavablarını alırlar və bundan sonra da alacaqlar. Narahatlığa heç bir əsas yoxdur”.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Bakıda ağır qəzada ölən polis vəzifəli şəxsin oğludur

1 İyun 2017 11:47

İki gün əvvəl Bakıda ağır qəzada ölən polis serjantının vəzifəli şəxsin oğlu olduğu açıqlanıb. Polis kiçik serjantı Emil Zeynallı 5 saylı Doğum Evinin baş həkiminin müavini Aygün Qasımovanın oğludur.

Deputat: "Trampın İlham Əliyevə məktubları ABŞ-ın Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirdiyini göstərir"

1 İyun 2017 11:44

ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktublar diplomatik hörmətdən daha böyük əhəmiyyət kəsb edir. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Yeni nəşrlərin təqdimatı keçirilib

1 İyun 2017 11:39

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun “Nanomaterialların alınma metodları” kitabının və həmin institutun İqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın “Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi” adlı monoqrafiyanın təqdimatı olub. Bölmədən “Olaylar” – a bildirlib ki, bölmənin Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək ictimaiyyətə təqdim olunan hər iki nəşr haqqında ümumi məlumat verib və müəlliflərə elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Baş redaktorların Naxçıvana səfəri davam edir

1 İyun 2017 11:38

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə KİV rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.