Deputat: “Bəzi şirkətlər ağına-bozuna baxmadan borclanmaya gedirlər”
“Hazırda xarici borclar büdcənin 20 faizini təşkil edir. Proses bu şəkildə davam edərsə, bu 30 faizdən də yuxarı ola bilər”. Bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, bəzi şirkətlər ağına-bozuna baxmadan borclanmaya gedirlər: “Düzdür, onların içərisində möhtəşəm layihələr həyata keçirənlər də var. Ancaq elələləri də var ki, nə etdikləri məlum deyil.
1 İyun 2017 12:06 Sosial"Hazırda xarici borclar büdcənin 20 faizini təşkil edir. Proses bu şəkildə davam edərsə, bu 30 faizdən də yuxarı ola bilər". Bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, bəzi şirkətlər ağına-bozuna baxmadan borclanmaya gedirlər: "Düzdür, onların içərisində möhtəşəm layihələr həyata keçirənlər də var. Ancaq elələləri də var ki, nə etdikləri məlum deyil. Ona görə də bu məsələni araşdırmaq və qiymət vermək lazımdır. Yoxsa büdcəmizin böyük bir hissəsi borcların qaytarılmasına gedə bilər. Onu da qeyd edim ki, təkcə banklar 125 milyard Azərbaycan iqtisadiyyatına vəsait qoyublar. Halbuki bu və ya digər ayrılmış pullardan yeni bir Azərbaycan qurmaq olardı".