Yeni nəşrlərin təqdimatı keçirilib
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun “Nanomaterialların alınma metodları” kitabının və həmin institutun İqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın “Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi” adlı monoqrafiyanın təqdimatı olub. Bölmədən “Olaylar” – a bildirlib ki, bölmənin Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək ictimaiyyətə təqdim olunan hər iki nəşr haqqında ümumi məlumat verib və müəlliflərə elmi fəaliyyətlərində uğurlar arzulayıb.
1 İyun 2017 11:39 SosialAMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun "Nanomaterialların alınma metodları" kitabının və həmin institutun İqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın "Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi" adlı monoqrafiyanın təqdimatı olub. Bölmədən "Olaylar" - a bildirlib ki, bölmənin Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək ictimaiyyətə təqdim olunan hər iki nəşr haqqında ümumi məlumat verib və müəlliflərə elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra kimya elmləri doktoru Bayram Rzayevin "Müasir dövrdə nanotexnologiyda geniş istifadə olunan nanomateriallar haqqında qiymətli əsər" mövzusunda məruzəsi dinlənilib. Tədbirdə İqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun "Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsinə həsr edilmiş əsər" mövzusunda məruzəsi dinlənilib.
Daha sonra məruzə ətrafında institutun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva və İqtisadiyyat şöbəsinin kiçik elmi işçisi Eltun İbrahimov çıxış ediblər.