Əhməd Dərviş və Əhməd ət-Tarabik Şərqşünaslıq İnstitutunda
Misirli alimlər dr. Əhməd Dərviş və Əhməd ət-Tarabik AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar. Onları Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi müşayiət edib.
1 İyun 2017 12:18 SosialMisirli alimlər dr. Əhməd Dərviş və Əhməd ət-Tarabik AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar. Onları Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi müşayiət edib.
Misirli alimlər Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər. Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri t.ü.f.d. Fərda Əsədov qonaqlara institutut haqqında məlumat verdi. Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi misirli alimləri şərqşünaslara təqdim etdi.
Qahirə Universitetinin professoru, müqayisəli ədəbiyyat üzrə tanınmış mütəxəssis Əhməd Dərviş özünün Azərbaycan ədəbiyyatı və elmi ilə bağlı apardığı tədqiqatlardan danışdı, ərəb ölkələrində böyük nüfuz qazanmış orta əsrlər azərbaycanlı ədib və alimlərindən söz açdı.
Tanınmış jurnalist, Misirdə Azərbaycanla bağlı saysız-hesabsız məqalələrin müəllifi Əhməd ət-Tarabik vətənində ölkəmizlə bağlı informasiya azlığının aradan qaldırılmasından bəhs etdi. O, 3 il öncə ərəbcə, bu il isə azərbaycan dilinə tərcümədə nəşr etdirdiyi "Qarabağ - Qafqazda sülh yolu" kitabından danışdı və həmin kitabları şərqşünas alimlərə hədiyyə etdi.