Gündəm
Səyyar ASAN xidmət Türkan qəsəbəsində
1 – 10 iyun tarixlərində Səyyar ASAN xidmət Xəzər rayonunun Türkan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Azneft” İstehsalat Birliyi tərəfindən “Neft Daşları” yatağında hasilatın artırılması üçün yeni quyuların qazılması işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündən 2583 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin X horizontundan fontan üsulu ilə məhsul vermiş, 2070-2053 metr intervaldan sutkalıq 23 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsitərəfindən həyata keçirilir.
“Shokki Mokki” “Uşaqların müdafiəsi günü” münasibətilə flashmob keçirdi
“Shokki Mokki” markasının təşəbbüsü ilə 1 İyun “Uşaqların müdafiəsi günü” münasibətilə Fəvvarələr Meydanında “Pandanın rəqsi” flashmobu keçirilib. Brendin siması olan Panda və ona qoşulan uşaqların aktiv rəqsi tək azyaşlıların deyil, eyni zamanda gənclərin, yaşlıların və valideynlərin də xüsusi marağına səbəb olub.
Düşmən ərazilərimizə 39 mərmi atdı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan (39 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Lisey və gimnaziyalara 3 359 sorğu yerləşdirilib
Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli “Zəkalar” liseyinə I sinfə qəbul üzrə elektron ərizələrin qeydiyyatı mayın 31-də başa çatıb.
Komitə sədri: “32 uşaq erməni terrorunun qurbanı olub”
“Uşaq hüquqlarının müdafiəsi bir dövlətin deyil, bütün dünyanın məsələsidir”. “Olaylar” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova parlamentdə AŞPA-nın komitə islasında çıxışı zamanı deyib.
Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün imzalanan birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib.
Əmək Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri” 13,5 mindən çox müraciəti cavablandırıb
Cari ilin may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 13 505 müraciət daxil olub.
Bakıda 27 yaşlı oğlan özünü asdı
Paytaxt Bakıda intihar hadisəsi baş verib. “Olaylar”ın məlumatına görə, hadisə mayın 31-də paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qafarov Nahid Həsənağa oğlu yaşadığı Buzovna qəsəbəsi, Eyvazov küçəsi 9 saylı evdə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.
Siqaret qutularından 6 büküm heroin çıxdı
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşına məxsus iki ədəd “Kent” markalı siqaret qutusuna gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar” a verilən məlumata görə, baxış zamanı, həmin qutuların içərisində, yarıdan qırılmış siqaret gilələrinin altında, hər qutuda 3 büküm olmaqla, cəmi 6 ədəd bükümdə xalis çəkisi 57,259 qram təşkil edən narkotik vasitə – heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Avtomobilin gizli saxlanc yerindən mobil telefon tapılıb
Avtomobildən 38 ədəd mobil telefon aşkar edilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Vaz-21 074 ” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib
“Təhsil sistemində yeni vasitələrdən istifadə etmək lazımdır”. “Olaylar” xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib.
Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri barəsində cinayət işi başlanıb
Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri barəsində cinayət işi başlanıb. “İdeal-İ İnşaat” MMC-nin direktorunun müqavilə əsasında satılmış mənzilləri təkrarən başqa şəxslərə satması faktlarına görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq tədbirləri davam etdirilir.
Ziyafət Əsgərov: “Metsamor”-da bir hadisə baş versə, Avropa üçün də çox böyük təhlükə yaradar”
“Sosial məsələlərin müzakirəsi, həlli Azərbaycanın daxili siyasətində prioritet məsələlərindən olub”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iyunun 1-də davam edən iclasında çıxışı zamanı deyib.
İlhan İremin 44 illik qadağası aradan qalxdı
"Yazık Oldu Yarınlara", "Boşver Arkadaş", "Anlasana", "İşdə Hayat", "Danışa", "Olanlar Olmuş", "Sürgün Gibi Nağıllarda", "Mən Deyiləm" kimi bir çox ölümsüz əsərə imza atan İlhan İrem qadağalarını kadırdı . “Olaylar” “Miliyyet” - ə istinadən bildiri ki, 44 illik sənət həyatı boyunca bəstələrini özündən başqasına səsləndirməsini, filmlərdə, reklamlarda istifadə edilməsinə icazə verməyən İlhan İrem, artıq uyğun şərtlərdə əsərlərinin səsləndiriləbiləcəyini açıqlayıb.














