Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib
Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün imzalanan birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib.
1 İyun 2017 11:27 SiyasətMüdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2017-ci il üçün imzalanan birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə. ədliyyə polkovnik-leytenantı, kriminalist İsrail Əsgərov hərbi dənizçilər qarşısında çıxış edərək, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət hadisələrinin təhlili və nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi və digər məsələlərdən danışıb. Görüş zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və hərbi qulluqçuları maraqlandıran bir sıra suallar cavablandırılıb.