Siqaret qutularından 6 büküm heroin çıxdı
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşına məxsus iki ədəd “Kent” markalı siqaret qutusuna gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar” a verilən məlumata görə, baxış zamanı, həmin qutuların içərisində, yarıdan qırılmış siqaret gilələrinin altında, hər qutuda 3 büküm olmaqla, cəmi 6 ədəd bükümdə xalis çəkisi 57,259 qram təşkil edən narkotik vasitə – heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
1 İyun 2017 11:22 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşına məxsus iki ədəd "Kent" markalı siqaret qutusuna gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar" a verilən məlumata görə, baxış zamanı, həmin qutuların içərisində, yarıdan qırılmış siqaret gilələrinin altında, hər qutuda 3 büküm olmaqla, cəmi 6 ədəd bükümdə xalis çəkisi 57,259 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.