“Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Azneft” İstehsalat Birliyi tərəfindən “Neft Daşları” yatağında hasilatın artırılması üçün yeni quyuların qazılması işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə “Neft Daşları” yatağındakı 2585 saylı stasionar dəniz özülündən 2583 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin X horizontundan fontan üsulu ilə məhsul vermiş, 2070-2053 metr intervaldan sutkalıq 23 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsitərəfindən həyata keçirilir.
1 İyun 2017 11:33 Sosial"Azneft" İstehsalat Birliyi tərəfindən "Neft Daşları" yatağında hasilatın artırılması üçün yeni quyuların qazılması işləri uğurla davam etdirilir. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə "Neft Daşları" yatağındakı 2585 saylı stasionar dəniz özülündən 2583 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin X horizontundan fontan üsulu ilə məhsul vermiş, 2070-2053 metr intervaldan sutkalıq 23 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsitərəfindən həyata keçirilir.