Siyasi krepatura və Siyasi panaseya (panakeya)

Siyasət sistemli və xaotik formalı, mənzərəli  hərəkətlərdən (passiv və aktiv)  ibarət olduğuna görə dinamikdir və ətalətlidir. Siyasət xətlərində müəyyən proseslər səngiyir və nəticə etibarilə durğunluq yaşanır.   Ətalət sükunətdir. Passivlikdir və "səssizlik"dir. Siyasət hərəkətlərdən ibarət olduğundan demək olar ki,  həm də "əzələlər"dən təşkil olunur.  Müəyyən fiziki quruluşa, mexanizmi müəyyən edən, hərəkət etdirən "əzələlərə" malikdir. 

Siyasətə ruhla maddi və fiziki aləmin qarışığı, sintezi, harmoniyası kimi baxmaq olar.  Bu yöndə siyasətin əzələlərinin ruha, əqlə bağlı olması qənaətinə gəlmək olar.

Siyasət onu tələb edir ki, daimi olaraq fəallıq olsun və bu fəallıq vərdişləri meydana gətirir. Dinamika tələb edir ki, dəyişkənlik formalaşsın və inkişaf dalğaları bir-birilərini əvəzləsin. Dəyişiklik zamanın tələblərinə uyğun olsun və özü də tələblərə cavab versin.

Siyasətin vərdiş olunmuş normal axarı adətən normal və müəyyən tempə xas olan inkişafı şərtləndirir. Bu, sabitliyin və sülhün əsaslarını özündə ifadə edir. Lakin siyasət hərəkət axarının formasına və tərkibinə görə güclü cərəyanlara  da sahib ola bilir. Bu halda gərginliklər, keçidlər, çətin aşırımlar  ortaya çıxa bilir. Siyasi gərginlik sistemdə, mexanizmdə normal axara öz mənfi təsirlərini edir və kəskin dəyişikliyə məruz qala bilir. Bu baxımdan da sistemin strukturu müəyyən  dəyişikliyə uğrayır. Gərginlik siyasət hərəkətlərinin axarlarında olan tıxanma və güclü axınla əlaqəli ola bilir.

Siyasi mühitdə  mücərrəd formada ifadə etsək, əzələlərin və sinirlərin gərilməsi prosesləri yaşana bilir. 

Elm yazır ki, krepatura, intensiv, qeyri-adi və ya uzun fasilədən sonra,  edilən fiziki fəaliyyətdən (o cümlədən idmandan)  sonra əzələlərdə yaranan gecikmiş əzələ ağrısı sindromudur. (tibbi dildə DOMS-Delayed onset muscle soreness). Bu ağrı adətən məşqdən dərhal sonra deyil, 24-48 saat sonra ən pik nöqtəsinə çatır. Elm onu da qeyd edir ki, krepaturanın əsas səbəbi əzələ liflərində yaranan mikrotravmalar (kiçik cırılmalar) və onların ətrafındakı yüngül iltihab prosesidir.  (Süni intellekt bu izahı təqdim edir). Bu yanaşmadan çıxış edərək, hesab edə bilərik ki, siyasi krepatura hər hansı bir tərəfin  təzyiqlə, güclə, gərgin hərəkətlərlə özündə müşahidə olunan "siyasi əzələləri"nin gərilməsidir.  Dövlət, siyasi təşkilat, hərbi-siyasi qrup və ya blok əks tərəfə təzyiq edir, lakin özü üçün nəticəsini, qayıdışı, əvəzləyicini   hesablaya, öncədən görə bilmir. Bunun əks təsirləri bir müddətdən sonra meydana çıxır və təzyiq edən, əzələ nümayiş etdirən tərəfdə özünü göstərir. "Ağrılar"ı başlayır.  Mharibə, digər silah toqquşmalar aktlarını buna nümunə göstərmək olar. Hətta siyasi mübarizəni də buna nümunə çəkmək olar. Hərbi və siyasi krepatura, əksər hallarda güc tətbiq edən tərəflərdə bir müddətdən sonra  öz mənfi nəticələrini, fəsadlarını,  gərginliklərini  verə bilir. Təzyiq göstərən tərəfə güc düşür.  Təsir səfərbərliyi formalaşır.

Siyasi panaseya (panakeya) nədir

İlk növbədə "Panaseya" termininə fikir verək. Elm yazır ki, (süni intellektin xülasəsi) Panaseya-yunan mifologiyasında bütün xəstəlikləri sağaldan və hər cür dərdə əlac olan mifoloji şəfa ilahəsinin adından götürülmüş anlayışdır. Qədim yunan mifolgiyasında sağlamlıq və şəfa tanrısı Asklepin qızı, Gigiyevanın bacısı Panakeya bütün xəstəlikləri müalicə edən simvolik fiqur idi. Keçmişdə kimyagərlərin və loğmanların bütün xəsətəlikləri sağaltmaqla yanaşı, ömrü uzatdığına görə (və ya metalları qızıla çevirdiyinə) inandığı mifoloji-əfsanəvi universal dərman, əlac idi. 

Bu termini, anlayışı siyasi mənada da işlətmək olar.  Dövlətin fəlsəfi mahiyyəti odur ki, cəmiyyətin problemlərinə əlac olsun.  Dərdini bölüşsün. Cəmiyyətin dərdinə şərik olsun.  Ümumi və ayrı-ayrı sahələrdə mövcud olan problemləri aradan qaldırsın. Bu aspektdə cəmiyyətlə körpü qursun, əlaqə yaratsın. Öz mənbəyini cəmiyyətdən, həm də "yarası sağalmış cəmiyyət"dən götürsün. Cəmiyyətin yarası dövlətə daşınanda dövlət sağlamlıq üçün müəyyən tədbirlər görür. Dövlət bu aspektdə sağaldıcı təbib, loğman və həkim rolunu oynayır. İctimai və siyasi Panakeyə cəmiyyətin və dövlətin sağalması üçün lazım olan mümkün çarələri tapmaq üçündür. Dövlət öz mənbəyindən, sistem, mexanizm və strukturundan istifadə edərək dərdlərin həlli üçün yollar tapır. Yeni qanunvercilik vasitələrini yaradır, qanunvericilik  sistemində və qanunların icra mexanizmində mümkün həll metodlarını müəyyən edir. 

Dövlət təbii ki, məcazi mənada ifadə etsək,  cəmiyyətin sağalması və ilkin profilaktik tədbirlər  üçün baza və subyekt rolunu oynayır.  Dövlət vəsaitlərdən ibarət olan fond yaradır. Bu fonddan lazımi səviyyədə istifadə edir. Dövlət elə addım atır ki, bu addım bir çox problemlərə əlac olur.

Siyasət adətən dövlət aktıdır və  pozitiv aktlar məcmusudur. Dövlətin mövcudluğunun, özünü sübutun və varlığın, mövcudluğun sübutudur.  Siyasət aktları maraqları ortaq məqamda birləşdirir və ümumiləşdirir. Fərdi şəxsiyyət kimi ifadə edir. Fərdin hüquqları əks olunur. Aktlar dövlətin fəlsəfi mahiyyətini özündə əks etdirir.  Hüquq norması kimi əhəmiyyət kəsb edən aktlar, sözün əsil mənasında insanlara xidmət edən norma və qaydaları özündə əks etdirdiyinə görə bir növ əlac, "dərman" rolunu oynayır. Dövlətə inam, onun siyasətinə inamdan doğur. İnsanların dövlətə olan inamları və güvəncləri özündə aktların qəbulunu şərtləndirir. Siyasi panaseya bəzən yarımçıq hadisələri, aktları bütöv xilaskarlıq missiyası kimi də qəbul edə bilir. Bəzən belə düşünülə bilər ki, siyasi böhranların əlacı yalnız bir siyasi aktdadır.

Siyasi panakeyanın öz düşüncələri və yaxınlaşma metodu və ritorikası ola bilər. Bəlağətlilik, təkəbbürlülük, lovğalılıq,  yalan vədlərlə inandırma üsulları  siyasi panakeyanın qayəsini, məğzini təşkil edə bilər. Məsələn, siyasi böhranın həlli üçün yalnız dövlət başçısı seçkilərinin keçirilməsinin bir əlac olması ideyası ortaya atıla bilər.

Hakimiyyətə gəlmək bir iddiadır. Seçkilərdə qalib gəlmək və siyasi sistemdə mövqelər qazanmaq bir iddia, mənafe və şərtdir.  Siyasi bəyanatlar, inandırıcı aktlar, problemlərin birdəfəlik həlli üçün verilən vədlər siyasi innovasiya və texnologiyalar üçün vasitə ola bilir.

Siyasi panakeya ciddi və qeyri-ciddi qayəni, forma və məğzi özündə ifadə edə bilər:

-Birincisi, həqiqətən bir aktın ortada olan əksər problemlərin əlacı olması fikri reallığa uyğun ola bilər. Məsələn, bir əmək haqqının artırılması ilə sosial partlayışın, etirazların qarşısını almaq olar. Eləcə də sülh müqaviləsi ilə ölkələr arasında sülhə və barışığa nail olmaq üçün  müharibəni dayandırmaq olar. Bunun ardınca iqtisadi və sosial inkişafa nail olmaq olar. Burada sülh müqaviləsi ciddi, həqiqətən də böhranın qarşısını alan akt kimi xassələnə bilər. Akt "cəmi dərdlərə dərman" kimi xarakterizə oluna bilər. Dövlət siyasətində bir aktın bir çox problemləri həll etmək gücündə olması mövcuddur. Müstəqilliyin bəyan olunması ilə həyata keçirilən referendum aktları və qərarlar bir addımla ümumi problemlərin həllinə yol aça bilər. Dövlətlər arasında diplomatik əlaqələrin qurulması bir əlac kimi digər əlaqələrin də qurulmasına rəvac verə bilər.  Müharibələrin dayandırılmasını özündə ifadə edən təslimçilik aktlarını da buna nümunə göstərmək olar. Nəticəsi bir çox problemlər üçün əlac ola bilər.

-İkincisi, çoxlu sayda yığılıb qalmış  köklü problemlərin həlli üçün bir aktın tələb olunduğu, lakin qəbulundan sonra ciddi fayda vermədiyini, icrasının qeyri-səmərli olduğunu  özündə daşıyan qeyri-ciddi, "yalançı"(yaxud da səmərəsi olmayan, gücü çatmayan və icrası qeyri-mümkün olan)   aktın (qanunvericilik aktının)  mövcudluğunu əsas gətirmək olar.

Siyasət aktları başlıca olaraq özündə maraqları, kollektiv və fərdi maraqları, mənafeni, ümumi bəşəri mənafeni və milli maraqları isbat edən vasitələrdən ibarətdir. Bu yöndə icrası zaman və məkanla müəyyən olunan aktlar sistemi də formalaşa bilir. Eləcə də icrası qeyri-mümkün olan aktlar da, icra zamanı "axsayan" sənədlər və "salxaq"  icra mexanizmisi də ortada mövcud ola bilir.      

Siyasi panakeya termininə, anlayışına bu şəkildə ümumiləşdirilmiş fikir bildirmək olar:

-Siyasi panakeya  bir məzmun olaraq dövlət daxilində cəmiyyətin və dövlətlərarası problemlərin həlli üçün yalnız bir addımın  fayda verəcəyini əks etdirən  vədləri, sözləri  özündə  daşıyan  aktın (aktların)  əsasını təşkil edə bilər (icrası təmin olunmayan, mətni yalnız və yalnız dolğun cümlələrdən ibarət olan aktları buna nümunə gətirmək olar);

-Siyasi panakeya siyasətə can atan və siyasət meydanında aktiv iştirak etmək istəyən şəxslərin "mənim, yaxud bizim proqramımız dövləti, cəmiyyəti bəladan çıxardacaq! Yalnız bizim komanda xilaskar missiyanı yerinə yetirı bilər! ", kimi şüarları özündə ifadə edən aktlar cəmidir. Burada yazılı və şifahi bəyanatlar vasitələr kimi önəm kəsb edə bilər;

-Siyasi panakeyə  xarici siyasətdə bir sənədin qəbulu ilə gərginliyin aradan qaldırılmasını vəd edən  (dərdlərə əlac olmaq) aktları özündə əks etdirə bilən vədlərin məcmusunu ifadə edə bilər.

Siyasi panakeyanın yerinə yetirilməsi  üçün vəsait tələb oluna bilir.

Elşən Nəsibov

Siyasətşünas-alim, yazıçı publisist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31