Ermənistan parlamentində yeni Konstitusiya layihəsinə etiraz – ÖZƏL
14:23 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan parlamentinin müxalif "Güclü Ermənistan" blokundan olan deputatı Ayk Farmanyan yeni Konstitusiya layihəsindən Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tənqid edib. Deputat özünün "Facebook" səhifəsində yazıb ki, Müstəqillik Bəyannaməsi sadəcə tarixi sənəd deyil, Ermənistan dövlətçiliyinin bərpasının əsas hüquqi və siyasi aktıdır. Onun sözlərinə görə, bu sənədə istinadın çıxarılması sülhə aparan yol kimi təqdim olunsa da, Azərbaycanın tələblərinin bununla bitəcəyinə və gələcəkdə yeni şərtlər irəli sürülməyəcəyinə heç bir zəmanət yoxdur. (?)
Farmanyan həmçinin Azərbaycan Konstitusiyasında da guya Ermənistan ərazilərinə iddialarla bağlı hüquqi və siyasi problemlərin mövcud olduğunu iddia edərək, rəsmi Bakının tələblərinin dəyişməz qaldığı bir vaxtda niyə yalnız Ermənistanın öz dövlətçiliyinin təməl sənədlərinə yenidən baxmalı olduğunu sual edib.