Merts Ukrayna maliyyələşdirilməsinə görə Aİ büdcəsini bloklamaqla hədələyir- ÖZƏL

Almaniya kansleri Fridrix Merts Ukraynanın maliyyələşdirilməsində bütün Aİ ölkələrinin iştirakına razılıq verməməsi halında, 2028-2034-cü illər üçün nəzərdə tutulan Aİ büdcəsini bloklamaqla hədələyir. Olaylar.az xəbər verir ki,  bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, Merts Macarıstan, Slovakiya, Çexiya və Bolqarıstanı Ukraynanın 2027-ci il üçün nəzərdə tutulan 45 milyard avroluq kredit xərclərinin bölüşdürülməsində iştirak etməyə çağırır. Əks halda, Almaniyanın bu ölkələrə Aİ büdcəsindən ayrılan ödənişlərin qarşısını ala biləcəyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00