"Aquşa" ilə bağlı xoşagəlməz fakt üzə çıxdı - Valideynlərə xəbərdarlıq!

Uşaqlar üçün nəzərdə tutulan populyar süd məhsulunun körpələr üçün potensial təhlükəli olduğu üzə çıxıb.

"Baza" Telegram kanalının məlumatına görə, söhbət tərkibində normadan artıq kalsium aşkar edilən "Aquşa" süd məhsulundan gedir. Bu isə böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər.

"Laboratoriya məhsulun qablaşdırmasında göstərilən 100 milliqram əvəzinə 222 milliqram kalsium aşkar edib. Bu miqdar icazə verilən normalar daxilində olsa da, Rospotrebnadzor məhsulun etiketindəki məlumatların anaları çaşdırdığını hesab edərək istehsalçıya xəbərdarlıq edib. Qayda pozuntusu ilə bağlı məhsullar Kurqan şəhərindəki "Lenta" mağazasında aşkarlanıb", - nəşr yazır.

Pediatr Anna Levandnaya jurnalistlərə bildirib ki, orqanizmdə kalsiumun həddindən artıq olması böyrəklərdə daş və duz kristallarının yaranmasına səbəb ola bilər. Onun sözlərinə görə, xüsusilə uşaq D vitamini qəbul edirsə və ya böyrək xəstəliklərindən əziyyət çəkirsə, bu məsələdə daha diqqətli olmaq lazımdır.

Qeyd edək ki, daha əvvəl arıqlama preparatlarının istehsalçıları bu dərmanların qəbulu nəticəsində yaranan ağır fəsadlara görə kütləvi şəkildə ittiham olunublar. Pasiyentlər mədə iflicindən əziyyət çəkdiklərini, bəzi dərman istifadəçiləri isə görmə qabiliyyətini itirdiklərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00