BDU-dan Məleykə Abbaszadə ilə bağlı yayılan xəbərə cavab

Bakı Dövlət Universiteti (BDU) rektor Məleykə Abbaszadənin əmri ilə universitet əməkdaşının işdən azad edilməsi barədə yayılan məlumatı təkzib edib.

Bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib və rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağlı əmr imzalamayıb.

Qeyd edək ki, bir sıra KİV-lərdə Məleykə Abbaszadənin müvafiq əmri ilə rektorun köməkçisi Nərmin Heydərlinin vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00