Füzuli rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb

Füzuli 1 saylı mediasiya təşkilatının "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Füzuli 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, Xocalı, Ağdərə, Füzuli, Xocavənd, Laçın, Qubadlı və Şuşa rayonu üzrə vətəndaşlar 19 noyabr 2026-cı ildən etibarən Füzuli 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
 Füzuli 1 saylı mediasiya təşkilatının məlumatları:
Təşkilatın direktoru: Muradov Bahadır Allahverdi oğlu
Təşkilatın ünvanı: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti, giriş 91
 Telefon: +994 (55) 898 40 22
 E-mail: [email protected]

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31