Vyetnam Azərbaycan üçün yeni vacib tərəfdaşa çevrilə bilər- ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib. Dövlət başçısı Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələrinin ardıcıl şəkildə inkişaf etdiyini bildirib". Bunu "Olaylar"a Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 153 milyon dollar olub. Ticarət dövriyyəsində 152 milyon dollar Vyetnamdan idxaldır. 2026-cı ilin ilk 9 ayında isə ölkələr arasındakı ticarət dövriyyəsi 136 milyon dollardan çox olub. Həmin müddətdə də əsas ağırlıq Vyetnamdan idxal üzərində qurulub. Rəqəmlər Azərbaycanın Vyetnama ixracının artırılması imkanlarının reallaşması üçün potensialın olmasından xəbər verir. Coğrafi baxımdan fərqli bölgədə yerləşməsinə rəğmən Azərbaycanın qeyri-neft məhsulları üçün Vyetnam yeni vacib tərəfdaşa çevrilə bilər.
Vyetnam ilə iqtisadiyyatın fərqli sektorlarında əməkdaşlıq imkanları yüksəkdir. Enerji sektorunda Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında ötən il imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının birgə kəşfiyyatı və işlənilməsinə imkan yaradır. Hazırda bərpa olunan enerji sektoru daxil olmaqla bu sahədə Azərbaycanda 7 Vyetnam şirkəti fəaliyyət göstərir.
Tərəflərin nəqliyyat və yükdaşımalar sahəsində də əməkdaşlıq imkanları kifayət qədər yüksəkdir.  Texnoloji transfer və digər innovativ sahələr üzrə də əməkdaşlıq imkanları yüksək qiymətləndirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31