Səyyar ASAN xidmət Türkan qəsəbəsində

1 – 10 iyun tarixlərində Səyyar ASAN xidmət  Xəzər rayonunun Türkan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

1 - 10 iyun tarixlərində Səyyar ASAN xidmət  Xəzər rayonunun Türkan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Asan xidmətdən "Olaylar" - a bildirlib ki, səyyar avtobuslar  8 iyun Zərdabda, 20 iyun Qusarda, 9 iyun Mehdiabad qəsəbəsində, səyyar ASAN qatar 5 iyun Xaçmazda vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31