Gündəm
İŞİD - ə ağır zərbə
Suriyada ABŞ-ın rəhbərliyi altında koalisiya təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində İŞİD-in “Amaq” “xəbər agentliyi”nin yaradıcısı Rayan Meşaal məhv edilib. Zərbələr Deyr-əz-Zor əyalətində yerləşən Əl-Mayadin şəhərinə endirilib.
AzTV-nin əməkdaşını maşın vurdu
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşını maşın vurub. Hadisə Parlament prospektində baş verib. Axşam saatlarında işdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Türkiyə 13 şəhid verdi
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. Hadisə Şırnak vilayətində qeydə alınıb. İlkin ehtimallarda helikopterin elektrik xəttinə dəyərək qəzaya uğradığı bildirilir.
Akademik Milli Dram Teatrında uşaqlar “Çipollino” ilə sevinəcək
Akademik Milli Dram Teatrı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə azyaşlı tamaşaçıları məşhur “Çipollino” tamaşası ilə sevindirəcək. Teatrın mətbuat katibi Cavid Zeynallının”Olaylar” – a verdiyi məlumata görə, səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında hazırlanıb. Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır. Canni Rodari “Çipollinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib.
AMEA Mərkəzi Elmi Kitabxanasına may ayı ərzində daxil olan sənədlər
MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü fondlarda saxlanılan incilərin, şəxsi kitab kolleksiyalarının, yeni sənədlərin təqdimatlarının ənənəvi olaraq hər həftə keçirildiyini qeyd etdi. M.Göyüşlü keçirilən tədbirlərin və görülən işlərin üç dildə yayımlanan mek.az saytında və kitabxananın sosial şəbəkələrdəki səhifələrində operativ şəkildə işıqlandırıldığını vurğuladı. O, təqdimatlar vasitəsilə ictimaiyyətin, oxucuların diqqətini yeni kitablara cəlb etməyə, fondlardakı ədəbiyyatları tanıtmağa çalışdıqlarını vurğuladı. Mərkəzdən "Olaylar" -a bildirlib ki, təqdimatçı MEK-in Fondların formalaşdırılması bölməsinin əməkdaşı Aysel İbrahimli daxil olan kitablar, elmi jurnallar və elektron resurslar haqqında slaydlı təqdimatla çıxış etdi. O, bildirdi ki, MEK-in fondları pulsuz məcburi nüsxələr, hədiyyələr, beynəlxalq kitab mübadiləsi və s. üsullarla formalaşdırılır.
Yuxusuzluq hansı dəhşətli xəstəliklər yaradır?
Vaxtında dincəlməyən orqanizm, baş-beyin bir müddətdən sonra ağır fəsadlarla üzləşir. Bəzən televiziya, video, kompyuter bizi özünə elə çəkir ki, bir də onda xəbər tuturuq ki, artıq gecdir, yuxunun vaxtı çoxdan keçib. Yuxusuzluq isə, bəlkə də, insanın sağlamlığına zərbə vuran ilkin bəlalardan biridir
“Intel” kredit kartı ölçüsündə kompüter təqdim edib
"Intel” şirkəti xarici USB akkumulyatoru xatırladan “Compute Card” adlı incə kompüter haqda məlumat verib. "Cib" qurğusu hələ cari ilin yanvarında “CES 2017” sərgisində nümayiş etdirilmişdi. İndi isə Taybeydə keçirilən “Computex” sərgisində çip istehsalçısı sözügedən qurğunun konfiqurasiyasını açıqlayıb.
“Android” sisteminin yaradıcısı modulyar smartfon təqdim edib
“Android” mobil əməliyyat sisteminin yaradıcısı Endi Rubin tərəfindən təsis edilmiş “Essential” şirkəti ilk smartfonunu təqdim edib. “Essential Phone” keramik qapaqdan ibarət titan korpus və çərçivəsiz displeylə təchiz edilib.
Süni intellektin idarə edilməsi üçün prosessor hazırlanır
“Apple” şirkəti “iPhone 5S” smartfon modelindən başlayaraq konkret vəzifələrin yerinə yetirilməsi üçün mobil qurğuları ayrıca prosessorlarla təchiz edir. Məsələn, “iPhone 5S”-də bu, akselerometr, giroskop və kompas aralığında smartfonun hərəkəti haqqında məlumatların toplanılmasına xidmət edən “M7” prosessorudur. O, mərkəzi prosessorun yükünü azaldaraq qurğunun avtonomluğunu artırmağa imkan verir. Həmçinin, simsiz “AirPods” qulaqcığında səsin intellektual səsləndirilməsi və stabil simsiz bağlantının dəstəklənməsi üçün “W1” prosessorundan istifadə olunur. Bu dəfə isə məlum olub ki, “Apple” süni intellektin idarə edilməsi üçün analoji çip hazırlayır.
Aktyordan ŞOK SÖZLƏR: "23 yaşımda..." – VİDEO
Arda Kural 23 yaşında evləndiyini etiraf edib. Psixoloji problemləri olan aktyor 23 yaşında özündən yaşca böyük bir qadınla evləndiyini, həyat yoldaşının ilk nikahından olan qızına atalıq etdiyini bildirib: "Analaşa bilmədiyimiz üçün bir il sonra ayrıldıq. Ondan sonra uşağı mənə göstərmədi. Amma uşağı doğma qızım kimi sevirdim". Şizofreniya xəstəliyindən xilas olan Arda Kural artıq çəkiliş meydançasına qayıd
Naxçıvanda konfrans
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu və Naxçıvan Sement Zavodunun birgə təşkilatçılığı ilə “Yerli mineral xammallar əsasında sement, gips və əhəng istehsalının nəzəri və praktiki əsasları” adlı elmi-praktiki konfrans keçirilib. Bölmədən “Olaylar” – a bildirlib ki, Naxçıvan Sement Zavodunda keçirilən tədbirdə öncə Təbii Ehtiyatlar İnstitutunun alim və mütəxəssisləri zavodun laboratoriyalarının iş şəraiti, oradakı avadanlıqlar və sement nümunələrinin analizləri ilə yaxından tanış olublar.
Kənanı həyəcanlandıran səbəb
Aktyor Kənan İmirzalıoğlu filmə çəkilir. Uzun müddətdir ekranlarda olmayan aktyor yeni layihə ilə tamaşaçıların görüşünə gələcək. Kənan yeni filmində Peyami Safanın Cingöz Rəcai obrazını canlandıracaq.
"Tütün - inkişaf üçün təhlükə!"
Mayın 31 – də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Tütünsüz Gününə həsr olunmuş seminar keçirilib. Nazirlikdən “Olaylar” – a bildirlir ki, yarım günlük seminarda Ümumdünya Tütünsüz Gününün builki mövzusu olan "Tütün - inkişaf üçün təhlükə!" mövzusu ətrafında təqdimlar keçirilib. Tədbirdə iştirakçılar “Tütün epidemiyası – problemlər, prioritetlər, nailiyyətlər” haqqında məlumatlandıracaq, tütün tüstüsünün qeyri-infeksion xəstəliklərin bir nömrəli risk faktoru olduğunu sübut edən məqamlar açıqlanmışdır.
Kamal Abdullayev "Kitabi-Dədə Qorqud" poetikasına giriş” kitabını MEK -ə təqdim etdi
Mayın 31-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, yazıçı-publisist, akademik Kamal Abdullayev bu qurumun gənc alimləri ilə görüşüb. Kitabxanadan “Olaylar” – a bildirlib ki, AMEA Folklor İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanov akademik K.Abdullayevə onların təşəbbüsünü dəyərləndirib gənclərlə görüş üçün vaxt ayırdığına görə minnətdarlığını bildirib. O, gənclərə Kamal Abdullayevin bədii, elmi və ictimai-siyasi fəaliyyəti, alimin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları haqqında məlumat verib.
Əgər belə yatır və bu yuxuları görürsüzsə, deməli…
Aqressiv, qəddar səhnələrlə dolu yuxular insanın sağalmaz xəstəlik olan Parkinsona tutulmasına 15 il qabaqcadan dəlalət edə bilər.














