İŞİD - ə ağır zərbə
Suriyada ABŞ-ın rəhbərliyi altında koalisiya təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində İŞİD-in “Amaq” “xəbər agentliyi”nin yaradıcısı Rayan Meşaal məhv edilib. Zərbələr Deyr-əz-Zor əyalətində yerləşən Əl-Mayadin şəhərinə endirilib.
1 İyun 2017 09:38 DünyaSuriyada ABŞ-ın rəhbərliyi altında koalisiya təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində İŞİD-in "Amaq" "xəbər agentliyi"nin yaradıcısı Rayan Meşaal məhv edilib. Zərbələr Deyr-əz-Zor əyalətində yerləşən Əl-Mayadin şəhərinə endirilib.
Məlumata görə, R.Meşaal ilə yanaşı onun qızı da ölüb. Qeyd edək ki, "Amaq" xəbər agentliyi İŞİD terror qruplaşmasının media qurumu kimi tanınır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31