Kamal Abdullayev "Kitabi-Dədə Qorqud" poetikasına giriş” kitabını MEK -ə təqdim etdi
Mayın 31-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, yazıçı-publisist, akademik Kamal Abdullayev bu qurumun gənc alimləri ilə görüşüb. Kitabxanadan “Olaylar” – a bildirlib ki, AMEA Folklor İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanov akademik K.Abdullayevə onların təşəbbüsünü dəyərləndirib gənclərlə görüş üçün vaxt ayırdığına görə minnətdarlığını bildirib. O, gənclərə Kamal Abdullayevin bədii, elmi və ictimai-siyasi fəaliyyəti, alimin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları haqqında məlumat verib.
31 May 2017 19:30 SosialMayın 31-də Mərkəzi Elmi Kitabxanada AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, yazıçı-publisist, akademik Kamal Abdullayev bu qurumun gənc alimləri ilə görüşüb.
Kitabxanadan "Olaylar" - a bildirlib ki, AMEA Folklor İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Nail Qurbanov akademik K.Abdullayevə onların təşəbbüsünü dəyərləndirib gənclərlə görüş üçün vaxt ayırdığına görə minnətdarlığını bildirib. O, gənclərə Kamal Abdullayevin bədii, elmi və ictimai-siyasi fəaliyyəti, alimin "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatları haqqında məlumat verib.
Alim Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətinin əsas konturları, multikulturalizmin Azərbaycan modelinin tədqiqi istiqamətləri və bu modelin örnək model kimi dünyada təbliği prosesindən danışıb. Kamal Abdullayev Azərbaycan xalqının ən böyük mənəvi xəzinəsi olan "Kitabi-Dədə Qorqud" barədə gənc alimlərə məlumat verərək bildirib: "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının əsatirləri, mifologiyası üzərində yaranmış xalq dastanıdır. Daha sonra akademik K.Abdullayevin "Kitabi-Dədə Qorqud" poetikasına giriş" kitabının təqdimatı olub.
Bildirilib ki, əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşmalar təqdim edilir. "Kitabi-Dədə Qorqud" kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidənin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir. Mifologiya, yazılı abidələr, poetika, üslubiyyat, semiotika və semantika istiqamətində çalışanlar üçün dəyərli mənbədir.