"Tütün - inkişaf üçün təhlükə!"
Mayın 31 – də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Tütünsüz Gününə həsr olunmuş seminar keçirilib. Nazirlikdən “Olaylar” – a bildirlir ki, yarım günlük seminarda Ümumdünya Tütünsüz Gününün builki mövzusu olan "Tütün - inkişaf üçün təhlükə!" mövzusu ətrafında təqdimlar keçirilib. Tədbirdə iştirakçılar “Tütün epidemiyası – problemlər, prioritetlər, nailiyyətlər” haqqında məlumatlandıracaq, tütün tüstüsünün qeyri-infeksion xəstəliklərin bir nömrəli risk faktoru olduğunu sübut edən məqamlar açıqlanmışdır.
31 May 2017 19:35 SosialMayın 31 - də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Tütünsüz Gününə həsr olunmuş seminar keçirilib. Nazirlikdən "Olaylar" - a bildirlir ki, yarım günlük seminarda Ümumdünya Tütünsüz Gününün builki mövzusu olan "Tütün - inkişaf üçün təhlükə!" mövzusu ətrafında təqdimlar keçirilib.
Tədbirdə iştirakçılar "Tütün epidemiyası - problemlər, prioritetlər, nailiyyətlər" haqqında məlumatlandıracaq, tütün tüstüsünün qeyri-infeksion xəstəliklərin bir nömrəli risk faktoru olduğunu sübut edən məqamlar açıqlanmışdır. Həmçinin əhalinin maariflənməsi istiqamətində İSİM tərəfindən həyata keçirilən tədbirlər jurnalistlərin diqqətinə çatdırılmışdır. Seminarın səmərəliliyini artırmaq üçün KİV nümayəndələri tütünlə mübarizədə medianın işinin forma və metodları, düzgün istiqamətlənmiş iş alqoritmi üzrə digər ölkələrin təcrübəsi barədə məlumatlandırıldılar