Naxçıvanda konfrans

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu və Naxçıvan Sement Zavodunun birgə təşkilatçılığı ilə “Yerli mineral xammallar əsasında sement, gips və əhəng istehsalının nəzəri və praktiki əsasları” adlı elmi-praktiki konfrans keçirilib. Bölmədən “Olaylar” – a bildirlib ki, Naxçıvan Sement Zavodunda keçirilən tədbirdə öncə Təbii Ehtiyatlar İnstitutunun alim və mütəxəssisləri zavodun laboratoriyalarının iş şəraiti, oradakı avadanlıqlar və sement nümunələrinin analizləri ilə yaxından tanış olublar.

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu və Naxçıvan Sement Zavodunun birgə təşkilatçılığı ilə "Yerli mineral xammallar əsasında sement, gips və əhəng istehsalının nəzəri və praktiki əsasları" adlı elmi-praktiki konfrans keçirilib. Bölmədən "Olaylar" - a bildirlib ki, Naxçıvan Sement Zavodunda keçirilən tədbirdə öncə Təbii Ehtiyatlar İnstitutunun alim və mütəxəssisləri zavodun laboratoriyalarının iş şəraiti, oradakı avadanlıqlar və sement nümunələrinin analizləri ilə yaxından tanış olublar.

Tədbiri Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov açaraq ölkə iqtisadiyyatının inkişafında mühüm yer tutan sement istehsalında istifadə olunan yerli mineral xammallardan danışıb.

Konfransda institutun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova "Sement istehsalının inkişaf tarixindən", Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının şöbə müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov "Naxçıvan Muxtar Respublikasında sement istehsalı üçün təbii materiallar", kimya elmləri doktoru Bayram Rzayev "Təbii gips və gips əsaslı materialların alınması" mövzusunda məruzə ilə çıxış ediblər. Alimlər sement istehsalının tarixindən, onun növlərindən və muxtar respublikada olan Cəhriçay, Lizbirt və Sələsüz xammal yataqlarından söz açıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31