Akademik Milli Dram Teatrında uşaqlar “Çipollino” ilə sevinəcək
Akademik Milli Dram Teatrı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə azyaşlı tamaşaçıları məşhur “Çipollino” tamaşası ilə sevindirəcək. Teatrın mətbuat katibi Cavid Zeynallının”Olaylar” – a verdiyi məlumata görə, səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında hazırlanıb. Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır. Canni Rodari “Çipollinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib.
31 May 2017 21:47 Teatr və kinoAkademik Milli Dram Teatrı 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə azyaşlı tamaşaçıları məşhur "Çipollino" tamaşası ilə sevindirəcək. Teatrın mətbuat katibi Cavid Zeynallının"Olaylar" - a verdiyi məlumata görə, səhnə əsəri məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin "Çipollino" əsəri əsasında hazırlanıb.
Tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır. Canni Rodari "Çipollinonun macəraları" kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə "Çipollino" nağıl-filmi çəkilib.
Tamaşada C. Rossininin musiqilərindən istifadə edilib. Tamaşaya ilkin baxış keçirilib və səhnə tərtibatı, rejissoru işi, musiqi həlli baxımından çox böyük maraqla qarşılanıb, haqqında müsbət fikirlər səslənib.