TRIPP layihəsi nə üçün ləngiyir?-İran və Rusiya amili-ÖZƏL

Erməni politoloq Suren Sarkisyan TRIPP layihəsinin gecikməsini İranın etirazları və Rusiyanın Ermənistan dəmir yoluna nəzarəti ilə əlaqələndirib. Onun fikrincə, layihənin taleyi Vaşinqtonun Tehran və Moskva ilə razılaşmasından asılıdır.

Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:

" ABŞ-ın vasitəçiliyi ilə irəli sürülən TRIPP layihəsinin reallaşması Bakı və İrəvandan daha çox, Vaşinqtonun Tehran və Moskva ilə geosiyasi razılaşmalarından asılıdır. Layihənin ləngiməsində İranın yaratdığı təhlükəsizlik riski hərbi-coğrafi baxımdan daha kritik amil kimi qiymətləndirilir. Bununla yanaşı Rusiya tərəfindən də menaələr var. Lakin əsas maneə və problem İrandır. Müharibə ehtimalının hər an artması bu təhlükə ehtimalını daha da gücləndirir. Lakin bütün bunlara baxmayaraq 2027-ci ilin əvvəlində marşrutun açılması üçün tikinti işləri başlaya bilər. Mümkündür ki, Rusiyanın etiraz etdiyi məsələlərdə ABŞ ilə danışıqlar nəticəsində razılaşma əldə olunsun. Buna ehtimal var. Lakin İranla bağlı bunu demək çətindir. Çünki İranın təkcə iqtisadi maraqları deyil, siyasi maraqları onu buna təhrik edir. ABŞ ilə hazırki gərgin vəziyətdə ABŞ-ın iştirakı da daxil olmaqla bölgə ölkələrinə qarşı İranın tutduğu qərəzli və qeyri - səmimi mövqe məsələnin mürəkkəb tərəfidir. Lakin bu belə davam edə bilməz. Görünür ki, marşrutun açılması və fəaliyyəti üçün maraqlı tərəflər bütün təhlükəsizlik tədbirlərini görməyə qadirdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31