Ekoloji vəziyyətlə bağlı araşdırma aparılıb 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Bizim Gənclik” İctimai Birliyi tərəfindən “Korporativ sosial məsuliyyət çərçivəsində ekologiya” layihəsinin icrası başa çatıb və Bakı şəhərində cari ilin 30-31 may tarixlərində yekun tədbirlər həyata keçirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Bizim Gənclik" İctimai Birliyi tərəfindən "Korporativ sosial məsuliyyət çərçivəsində ekologiya" layihəsinin icrası başa çatıb və Bakı şəhərində cari ilin 30-31 may tarixlərində yekun tədbirlər həyata keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, layihənin məqsədi cəmiyyəti, xüsusən də gəncləri maarifləndirməyə hədəflənib. Həmçinin gənclərdə korporativ sosial məsuliyyət və onun çərçivəsində ekologiya, ətraf mühit problemlərinin həll olunması anlayışlarının inkişaf etdirilməsidir. Layihə çərçivəsində layihə iştirakçıları ilə mütəxəssislər arasında Azərbaycanın ətraf mühit problemləri, təbii sərvətlərimiz, onlardan səmərəli istifadə yolları, ekoloji mədəniyyət və təbiəti qoruma mövzularını əhatə edən görüşlər keçirilib. Tədbirdə layihə müddətində Azərbaycanın ekoloji vəziyyəti haqqında araşdırma aparıb hər bir gənc qonaqlara öz araşdırmaları və onların nəticələri haqqında geniş məlumat verib. Sonda layihə çərçivəsində çap olunmuş "Korporativ sosial məsuliyyət çərçivəsində ekologiya" adlı kitabçasının təqdimatı həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31