Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 31-də Şırnak əyalətinin Uludərə rayonundakı Şenoba bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşıka və Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.
1 İyun 2017 12:25 SiyasətAzərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 31-də Şırnak əyalətinin Uludərə rayonundakı Şenoba bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşıka və Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, başsağlığında qardaş Türkiyə Respublikasının Şırnak vilayatində baş vermiş helikopter qəzası nəticəsində biri general olmaqla çox sayda hərbi qulluqçunun həlak olması haqqında xəbərdən müdafiə nazirinin dərindən sarsıldığı bildirilir: "Biz bu dəhşətli hadisədən çox kədərlənirik. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin."