Politoloq: “Donald Tramp Azərbaycanla münasibətləri yüksək dəyərləndirir”

“ABŞ həm terrorizmlə mübarizədə, həm iqtisadi layihələrdə, həm tolerantlıq və multikultural dəyərlərin qorunmasında, həm də regionda təhlükəsizlik məsələsini həll etməyə çalışan bir dövlət kimi Azərbaycanın rolunu müsbət və yüksək qiymətləndirir. Bu ölkə ikitərəfli münasibələtlərin daha da inkişafı istiqamətində müvafiq addımların atılması üçün müəyyən qərarlar verməyə hazırdır”. Bunu politoloq Arzu Nağıyev deyib.

"ABŞ həm terrorizmlə mübarizədə, həm iqtisadi layihələrdə, həm tolerantlıq və multikultural dəyərlərin qorunmasında, həm də regionda təhlükəsizlik məsələsini həll etməyə çalışan bir dövlət kimi Azərbaycanın rolunu müsbət və yüksək qiymətləndirir. Bu ölkə ikitərəfli münasibələtlərin daha da inkişafı istiqamətində müvafiq addımların atılması üçün müəyyən qərarlar verməyə hazırdır". Bunu politoloq Arzu Nağıyev deyib.

O, ABŞ prezidenti Donald Trampın Azərbaycanla münasibətləri yüksək dəyərləndirdiyini vurğulayıb: "D.Tramp ölkəmizin dünyanın enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınmasında rol oynayan bir dövlət olduğunu bildirir. Böyük regional iqtisadi layihələrdə Azərbaycanın birbaşa iştirakının dəstəklənməsi də müsbət hal kimi qiymətləndirilməlidir. Bundan başqa, Amerika prezidentinin dövlət başçımıza Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar hər iki məktubunda əsas məqamlardan biri Azərbaycanın regionda aparıcı dövlət olduğunu vurğulamasıdır. Bu isə regionda bir sıra dövlətlərə mesaj kimi qiymətləndirilməlidir. Düşünürəm ki, bütün bunlar göstərir ki, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində də müsbət rolu ola bilər. Təbii ki, D.Trampın bu fikirlərinə ABŞ-ın Azərbaycanla münasibətlərinin bundan sonra daha yaxşı inkişaf edəcəyinə dair bir mesaj kimi baxmaq olar". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31