Tramp ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsini təxirə saldı
ABŞ prezidenti Donald Tramp İsraildəki Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini daha yarım il müddətinə dondurmaq niyyətindədir. Bu haqda ABŞ-ın NBC telekanalı xəbər verib. Məlumata görə, Ağ Evin başçısı diplomatik nümayəndəliyi Təl-Əvivdə saxlamağa imkan verəcək veto hüququndan istifadə etmək istəyir.
1 İyun 2017 12:53 DünyaABŞ prezidenti Donald Tramp İsraildəki Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini daha yarım il müddətinə dondurmaq niyyətindədir. Bu haqda ABŞ-ın NBC telekanalı xəbər verib. Məlumata görə, Ağ Evin başçısı diplomatik nümayəndəliyi Təl-Əvivdə saxlamağa imkan verəcək veto hüququndan istifadə etmək istəyir.
Qeyd edək ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə qanun hələ 1995-ci ildə ABŞ Konqresi üzvləri tərəfindən qəbul olunub. Trend.az