Şimali Kiprdəki diaspor rəhbərindən Cənubi Kiprin XİN rəhbərinə tutarlı cavab
Cənubi Kiprin xarici işlər naziri İoannis Kusulidesin Ermənistan rəsmiləri ilə keçirdiyi görüş zamanı Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi əsassız və yalan dolu fikirlərə Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı tərəfindən cavab verilib. “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Mert Özdeşin aparıcılığı ilə Kıbrısın Diyalog TV kanalında məsələ ilə bağlı geniş müzakirə aparıb. Diaspor rəhbəri tarixi faktlar və xəritə əsasında Qarabağ və Naxçivanin tarixi və siyasi statusunu önə çəkərək Cənubi Kiprin XİN rəhbərinin yalanlarını ifşa edib.
1 İyun 2017 12:26 SosialCənubi Kiprin xarici işlər naziri İoannis Kusulidesin Ermənistan rəsmiləri ilə keçirdiyi görüş zamanı Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi əsassız və yalan dolu fikirlərə Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı tərəfindən cavab verilib. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Mert Özdeşin aparıcılığı ilə Kıbrısın Diyalog TV kanalında məsələ ilə bağlı geniş müzakirə aparıb. Diaspor rəhbəri tarixi faktlar və xəritə əsasında Qarabağ və Naxçivanin tarixi və siyasi statusunu önə çəkərək Cənubi Kiprin XİN rəhbərinin yalanlarını ifşa edib.
Qeyd edək ki, Cənubi Kiprin XİN rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşdə Qarabağın tarixi erməni əraziləri olduğunu iddia edib.