“Excelsior Hotel & Spa Baku” oteli yenə birinci oldu

“Excelsior Hotel & Spa Baku” oteli may ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. “Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə otelin fəaliyyəti ilə bağlı mətbuatda 301 məlumat işıqlanıb.

"Excelsior Hotel & Spa Baku" oteli may ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. "Media Consulting & Services" şirkətinin apardığı araşdırmaya görə otelin fəaliyyəti ilə bağlı mətbuatda 301 məlumat işıqlanıb. "Media Consulting & Services" şirkəti 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla 565 -dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb. "AtaHolding" Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova "OLAYLAR"-a bildirib ki, "Excelsior Hotel & Spa Baku" otelinin fəaliyyəti ilə bağlı may ayında mətbuatda 3 pres reliz yayılıb. Cari ilin may ayında otelin təşkilatçılığı ilə "AtaHolding" Şirkətlər Qrupunun və "Synergy Group" əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr edilmiş "Nə?, Harada?, Nə Vaxt?" intellektual oyunu keçirilib. İyun ayında isə AtaHolding-in korporativ tədbiri "Musiqi bayramı" keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31