Sosial mənzil hüququndan bir dəfə faydalanmaq olar

“Sosial evlərə qeydiyyat başladıqdan sonra güzəştli mənzil almaq istəyən vətəndaşlarımızdan qeydiyyatdan keçmə vaxtının onların ev almaq imkanlarına təsirləri ilə bağlı suallar alırıq”.

"Sosial evlərə qeydiyyat başladıqdan sonra güzəştli mənzil almaq istəyən vətəndaşlarımızdan qeydiyyatdan keçmə vaxtının onların ev almaq imkanlarına təsirləri ilə bağlı suallar alırıq".

Bunu deyən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, bəzi vətəndaşlarımız daha qısa zamanda qeydiyyatdan keçməyə çalışırlar: "Qeyd edək ki, bu mərhələdə tez və ya gec qeydiyyatdan keçmək sosial mənzil almaq imkanlarına təsir göstərmir. Belə ki, sosial evlərə elektron müraciətin 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Artıq birinci mərhələ başlayıb və bu zaman sadəcə qeydiyyatdan keçmək tələb olunur. İkinci mərhələdə isə qeydiyyatdan keçən vətəndaşlara mənzil seçimi ilə bağlı müraciət ünvanlanacaq. Məhz bu zaman müraciətə daha tez cavab vermək və mənzili seçmək çox vacib olacaq. Yəni, birinci mərhələdə tez müraciət vacib olmasa da ikinci mərhələdə "ilk müraciət ilk mənzil" prinsipi tətbiq ediləcək. Bu baxımdan, ikinci mərhələdə mənzil almaq istəyən vətəndaşlarımızın daha tez müraciəti olduqca vacibdir. Sosial mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın hər birinin qeydiyyatdan keçməsinə ehtiyac var. Hər bir vətəndaşın bu hüquqdan bir dəfə faydalanmaq imkanı var. Eyni zamanda, ilk il 2 minə yaxın sosial mənzil təklif edilsə də, sonrakı illər hər il 3 min güzəştli mənzilin satılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, sosial mənzil almaq üçün indi şəxsi kabinet yaradıb, hətta gələcəkdə də bu hüquqdan faydalanmaq olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31