Media nümayəndələri düşmənlə 500 metr məsafədə

Naxçıvan Muxtar Respublikasına səfər edən KİV rəhbərlərindən ibarət nümayəndə heyyəti hazırda Sədərək rayon Heydərabad qəsəbəsindədirlər.

Naxçıvan Muxtar Respublikasına səfər edən KİV rəhbərlərindən ibarət nümayəndə heyyəti hazırda Sədərək rayon Heydərabad qəsəbəsindədirlər. Qəsəbə barədə qonaqlara ətraflı məlumat verən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov bildirib ki, qəsəbə düşmənlə hava xətti ilə 500 metr məsafədə yerləşir. O, qəsəbənin 1990-cu ildən döyüş meydanına çevrildiyini, 1992-ci ildən sakinlərin öz evlərindən köçürüldüyünü söyləyib: " Sakinlər atəşkəsdən sonra öz evlərinə qayıtsa da,  yaşayış binaları bərbad vəziyyətdə idi. Buna görə də, qəsəbə 2010-cu ildən tam yenidən qurulub. 84 yeni yaşayış mənzili tikilərək və yenidən bərpa edilərək sakinlərin istifadəsinə verilib. Hazırda qəsəbədə 450 sakin yaşayır. Atəşkəs ara-sıra düşmən tərəfindən pozulsa da, sakinlər öz evlərini tərk etmirlər. Qəsəbədə həyat öz axını ilə davam edir".  

Daha sonra qonaqlar Heydərabad Tarix Diyarşunaslıq muzeyində olublar. Buradan  sonra qəsəbədə yeni inşa olunan 48 mənzilli çoxmərtəbəli yaşayış binasına  baş çəkiblər. Baş redaktorlar qəsəbədəki hərbi hissəyə də baş çəkiblər.  Movqe.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31