“Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının Yekun Konfransı keçiriləcək
İyunun 6-da Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilən “Gənclər Daha Yaxşı Gələcək Uğrunda” Kampaniyasının Yekun Konfransı baş tutacaq. ADA Universitetində təşkil olunacaq bu konfransda dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri, kampaniyaya cəlb olunmuş gənclər və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub. “OLAYLAR”-ın xəbərinə görə, yekun konfransın əsas məqsədi kampaniya müddətində əhatə edilmiş fəaliyyətlərə dair hesabatın təqdim olunması və müvafiq nəticələrin ictimaiyyətə çatdırılmasıdır.
1 İyun 2017 13:27 Sosialİyunun 6-da Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun dəstəyi ilə keçirilən "Gənclər Daha Yaxşı Gələcək Uğrunda" Kampaniyasının Yekun Konfransı baş tutacaq. ADA Universitetində təşkil olunacaq bu konfransda dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri, kampaniyaya cəlb olunmuş gənclər və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub. "OLAYLAR"-ın xəbərinə görə, yekun konfransın əsas məqsədi kampaniya müddətində əhatə edilmiş fəaliyyətlərə dair hesabatın təqdim olunması və müvafiq nəticələrin ictimaiyyətə çatdırılmasıdır.
Qeyd edək ki, "Gənclər Daha Yaxşı gələcək Uğrunda" Kampaniyası gəncləri BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq təhsil, sağlamlıq və gender bərabərliyi məsələlərinə dair məlumatlandırmaq məqsədi daşıyırdı. Kampaniya əsasən gənclər arasında təbliğat-təşviqat işinin aparılması vasitəsi ilə dayanıqlı inkişaf məqsədlərinə nail olma prosesində onların rolunun artırılmasına yönəlib. Konfransda "Gənclər Daha Yaxşı Gələcək Uğrunda" Kampaniyasının 15 noyabr 2016 - 15 iyun 2017-ci il hesabat müddətini əhatə edən fəaliyyətlərinin hesabat video-çarxı da təqdim olunacaq.