Gündəm
ABŞ viza ilə bağlı qaydaları sərtləşdirib
ABŞ ölkəyə səfər etmək istəyən əcnəbilər üçün yeni viza anketlərini hazırlayıb. Söhbət konsulluq əməkdaşlarının tələbi ilə doldurulmalı olan əlavə blankdan gedir.
Musiqili Teatrda bir gündə 2 premyera
Metro stansiyalarına uşaqların rıəsmləri yerləşdirilib
İyunun 1-dən metronun bütün stansiyalarının bir neçə monitorunda uşaqların rəsmləri yerləşdirilib. Bununla, “Bakı Metropoliteni” QSC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş daha bir sosial layihəni gerçəkləşdirib.
“Azərbaycan Səfəvi-Qızılbaş imperiyası” kitabının təqimatı keçiriləcək
Azərbaycan Yazıçılar Birliyinin Natəvən Klubunda Şahi İsmayıl Komissiyasının dəstəyi ilə çap edilən “Böyük adam olmuş uşaq-Şah İsmayıl Xətai” və “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası”nın tanıtım kitabının və Şah İsmayıl Xətainin adının əbədiləşdirilməsi üçün keçiriləcək hekayə müsabiqəsisinin təqdimatı keçiriləcək.
Kolumbiya Senatı Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfəri çərçivəsində Kolumbiya Senatının birinci vitse-prezidenti xanım Daira de Xesus Qalvis Mendeslə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə Kolumbiya Senatında Kolumbiya-Azərbaycan dostluq qrupunun sədri Senator Teresita Garsia Romero və qrupun digər üzvləri iştirak edib.
Tanınmış araşdırmaçı səyyah Multikulturalizm Mərkəzində
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycana səfərə gələn italyan-polyak əsilli tanınmış araşdırmaçı- jurnalist, dünya şöhrətli səyyah Yasek Edvard Palkeviçlə görüş olub.
“Şahdəniz-2” üçün inşa olunan platformanın üst tikililəri dənizə yola salınıb
İyunun 1-də “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz əvvəlcə dövlətimizin başçısına “Şahdəniz Mərhələ 2” və “Cənub Qaz Dəhlizi” layihələri ilə bağlı görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, dənizə yola salınacaq yaşayış blokları və texnoloji təchizat (YBTT) platformasının üst modullarının tikintisi nəzərdə tutulan qrafikdən tez yekunlaşıb.
"Ueldanovun ekstradisiyası gündəmdə deyil"
Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 8 il azadlıqdan məhrum edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun öz ölkəsinə ekstradisiyası ilə bağlı məsələ hələlik gündəmdə deyil. Bu barədə M.Ueldanovun vəkili Qubad Salayev deyib. Onun sözlərinə görə, M.Ueldanov Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində olan hökmündən apellyasiya şikayəti verib: "Hələlik apellyasiya şikayətinə baxılacaq vaxt məlum deyil".
Türkiyədə 12 terrorçu saxlanıldı
Türkiyənin İzmir vilayətində polis tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 12 terrorçu saxlanılıb. Saxlanılanların hamısının Türkiyə vətəndaşları olduqları bildirilib. Saxlanılanların mənzillərində aparılan axtarışlar nəticəsində partlayıcılar və odlu silahlar aşkar edilib.
Əfqan Muxtarlının üzərindən 10 min avro pul tapılıb - Rəsmi məlumat yayıldı
Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri Əfqan Qafarlının həbsi barədə birgə məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmiş və xidmətin əməkdaşları tərəfindən saxlanılıb.
"Üçüncü ölkələr Dağlıq Qarabağda Ermənistanın fəaliyyəti barədə daha ciddi mövqe nümayiş etdirməlidir"
Ermənistan tərəfindən Azərbaycan əraziləri Dağlıq Qarabağın və yeddi ətraf rayonun işğalı hələ də ciddi diqqət tələb edən məsələ olaraq qalır. Bu, Avrasiya Tədqiqat Mərkəzinin rəhbəri, doktor Alev Kılıçın "TurkishNY" portalındakı məqaləsində yazılıb.
Uşaqlardan uşaqlara
İyunun 7 – də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar teatrının səhnəsində balaca dostlarının görüşünə gələcək.Filarmoniyadan “Olaylar” – a bildirlib ki, proqram zəngin repertuarı, fərqli nömrələri ilə seçilir. Konsert proqramında xalq rəqsləri, Azərbaycan bəstəkar əsərləri ilə yanaşı dünya xalqlarının rəqsləri də yer alacaq. Konsertdə rəqs ansamblı, kamera ansamblı, “Şəms” uşaq xoru, eləcə də Uşaq Xor Kapellasınının ifasında maraqlı çıxışlar gözlənilir.
Xəzər dənizinin sahilində monitorinqlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini həyata keçirir. Nazirlikdən “Olaylar” – a bildirlib ki, Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər görür.
ADMİU-da İKT-dən istifadənin aktuallığı mövzusunda konfrans
Mədəniyyət və İncəsənət Universitetində “Mədəniyyət və incəsənət təşkilatlarında İKT-dən istifadənin aktuallığı” mövzusunda tələbələrlə elmi-nəzəri konfransı keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, professor-müəllim və tələbə heyətinin iştirak etdiyi konfransda Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, filologiya elmləri üzrə doktor, professor Gülşən Əliyeva, Kulturologiya fakültəsinin dekanı, dosent Vasif Adilov, İqtisadiyyat və informatika kafedrasının baş müəllimi Gülşən Əliyeva çıxış edərək, iştirakçılara uğurlar arzulayıblar.
Vahid Ələkbərova ciddi zərbə: küllü miqdarda pul itirildi
"Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərova ziyan dəyib. Şirkətinin səhmlərinin 18% ucuzlaşması iş adamının gəlirlərinin kəskin azalmasına yol açıb. Azərbaycan əsilli rusiyalı biznesmen ilin əvvəlindən bəri 1 milyard dollardan çox pul itirib. Mayın 31-nə Ələkbərovun sərvəti 11 milyard dollara qədər azalıb.













.jpg)
