Metro stansiyalarına uşaqların rıəsmləri yerləşdirilib

İyunun 1-dən metronun bütün stansiyalarının bir neçə monitorunda uşaqların rəsmləri yerləşdirilib. Bununla, “Bakı Metropoliteni” QSC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş daha bir sosial layihəni gerçəkləşdirib.

İyunun 1-dən metronun bütün stansiyalarının bir neçə monitorunda uşaqların rəsmləri yerləşdirilib. Bununla, "Bakı Metropoliteni" QSC 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş daha bir sosial layihəni gerçəkləşdirib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bu layihə metropolitenin uşaqlara ayırdığı diqqətin və qayğının göstəricisidir. Layihənin maraqlı cəhəti ondan ibarətdir ki, istedadlı balalar, məhz metropoliten əməkdaşlarının övladları, nəvələridir. "Gəzinti" Azərin Qədirli, "Mənim dünyam ailəmdir", "Gəlin, dünyamızı qoruyaq" Dəniz Paşayeva, "Lalələr" Hikmət İsmayılov, "Bizim sevimli metromuz", "Uşaqların rəngli dünyası" Fidan Rüstəmli, "Hər daşı bir aləm şəhər" Ləman Mustafayeva və "Görüş" Sevinc Bağırovanın çəkdikləri rəsmlərdə bir-birindən fərqli mövzular əks olunub. Saf duyğularla həyatın müxtəlif məqamlarının ifadə olunduğu rəngarəng rəsmlərə baxdıqca, sanki uşaqların rəngli dünyasına daxil olursan. Qeyd edək ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Bakı Metropoliteni" QSC bununla sayca üçüncü layihəni həyata keçirir. İlk layihə "Nəriman Nərimanov" stansiyasının yeni təmir edilmiş keçidlərində uşaqların rəsm qalereyasına həsr olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31