"Ueldanovun ekstradisiyası gündəmdə deyil"

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 8 il azadlıqdan məhrum edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun öz ölkəsinə ekstradisiyası ilə bağlı məsələ hələlik gündəmdə deyil. Bu barədə M.Ueldanovun vəkili Qubad Salayev deyib. Onun sözlərinə görə, M.Ueldanov Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində olan hökmündən apellyasiya şikayəti verib: "Hələlik apellyasiya şikayətinə baxılacaq vaxt məlum deyil".

Qeyd edək ki, ötən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı M.Ueldanov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə cinayət işi açılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il azadlıqdan məhrum edilib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31