“Şahdəniz-2” üçün inşa olunan platformanın üst tikililəri dənizə yola salınıb
İyunun 1-də “Şahdəniz Mərhələ 2” üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə yolasalma mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz əvvəlcə dövlətimizin başçısına “Şahdəniz Mərhələ 2” və “Cənub Qaz Dəhlizi” layihələri ilə bağlı görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, dənizə yola salınacaq yaşayış blokları və texnoloji təchizat (YBTT) platformasının üst modullarının tikintisi nəzərdə tutulan qrafikdən tez yekunlaşıb.
1 İyun 2017 14:44 Siyasətİlham Əliyev: "İcra olunan layihələrin hər biri ayrılıqda tarixi hadisədir"
İyunun 1-də "Şahdəniz Mərhələ 2" üçün inşa olunan iki platformadan birinin - yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin Bibiheybətdəki Azfen tikinti-quraşdırma sahəsindən Xəzər dənizindəki "Şahdəniz" müqavilə sahəsinə yolasalma mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz əvvəlcə dövlətimizin başçısına "Şahdəniz Mərhələ 2" və "Cənub Qaz Dəhlizi" layihələri ilə bağlı görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, dənizə yola salınacaq yaşayış blokları və texnoloji təchizat (YBTT) platformasının üst modullarının tikintisi nəzərdə tutulan qrafikdən tez yekunlaşıb. Üst tikililərin quraşdırılması tamamlandıqdan sonra STB-1 barjınayüklənərək dənizə yola salınmağa hazırlıq məqsədilə bu il mayın 8-də tikinti-quraşdırma sahəsinin yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılıb. Yaşayış bloklarıvə texnoloji təchizat platformasının üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi və quraşdırılmasıişləri diqqətlə planlaşdırılıb və bu işlərin 5 gün ərzində yekunlaşması nəzərdə tutulur. Üst tikililər artıq öz yerində- suyun 94 metr dərinliyində olan dayaq blokununüzərinə quraşdırılacaq. Üst tikililərinin çəkisi təxminən 12400 ton təşkil edir. Obyektin uzunluğu 100, eni isə 60 metrdir. Bu konstruksiya 100 nəfərlik yaşayışblokundan, ümumi gücü 60 MVt olan dörd əsas elektrik generatorundan ibarətdir. Platformanın yaşayış blokunda işçilərin istirahəti üçün otaqlar, ofis otaqları, idmanzalı yaradılıb. Burada neftçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün hərtərəfli şərait var.
Sonra prezident İlham Əliyev platforma ilə tanış olub. Dövlətbaşçısı qeyd edib ki, BP ilə xüsusi münasibətlər o vaxtdan həmin şirkətin Azərbaycanın enerji bazarında, qlobal enerji bazarında fəal oyunçu olması faktına əsaslanır. O vaxtdan indiyədək tərəfdaşlığımızı strateji tərəfdaşlığa çevirən bir çox başqa müqavilələr imzalanıb. Onlardan biri "Şahdəniz"dir. Növbədə "Dayaz sular" və başqaları var. Bu, tərəfdaşlığın yaxşı göstəricisidir: "Biz BP-yə etimad göstəririk. Əminəm ki, BP də Azərbaycana etimad göstərir. Əks halda onlar ölkəmizə bu qədər çox vəsait yatırmazdılar. Cənab Counzun dünən və bu gün qeyd etdiyi kimi, BP-nin fəaliyyət sferasında Azərbaycan bir nömrəli investisiya məkanıdır. Bu isə bizim əməkdaşlığımızı daha da gücləndirir. Dünən qeyd etdiyim kimi, hazırda onlar "Azəri-Çıraq-Günəşli" müqaviləsinin genişləndirilməsi üzərində işləyirlər. Ümidvaram ki, bu, tezliklə olacaq. Bundan əlavə, təkcə "Azəri-Çıraq-Günəşli"də bizim tərəfdaşlığımız 2050-ci ilədək davam edəcək. Əminəm ki, "Şahdəniz"dən nəzərə tutulandan daha çox qaz istehsal edəcək. "Biz Azəri-Çırağı" "Əsrin müqaviləsi" adlandırmışdıq, indi isə mən əsrlərin müqaviləsindən danışıram. Mən, həmçinin Azərbaycana yatırılan investisiyalara və uğurlu fəaliyyətə görə bütün tərəfdaşlarımıza, "Şahdəniz" tərəfdaşlarına və bu nadir qurğunu tikən şirkətlərə bir daha təşəkkürümü bildirmək istərdim. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq komanda ölkəmizin inkişafına kömək edir. Düşünürəm ki, ev sahibi olan ölkə yerli şirkət SOCAR ilə əcnəbi investorlar arasında nadir əməkdaşlıq mühiti yaradır". Prezidenti İlham Əliyev deyib: "Bu gün tarixdə qalacaq. Çünki biz bu gün "Şahdəniz" platformasının üst hissələrini rəsmi qaydada açıq elan edirik. Bir neçə gündən sonra bu nəhəng qurğular dənizə göndəriləcək və "Şahdəniz" yatağında quraşdırılacaq. Bu, böyük tarixi hadisədir. Çox sevindirici haldır ki, bu nəhəng qurğular yüz faiz Azərbaycanda inşa edilibdir. Bir neçə il bundan əvvəl, xüsusilə "Şahdəniz" yatağı üzrə kontrakt imzalananda, bunu təsəvvür etmək belə mümkün deyildi. Onu da qeyd etmək istəyirəm ki, "Şahdəniz" üzrə kontrakt 21 il bundan əvvəl iyun ayında Xəzər neft və qaz sərgisi zamanı imzalanmışdır. Artıq 21 ildən sonra biz bax, bu tarixi günü qeyd edirik. Bütün bu qurğular Azərbaycanda inşa edilib. Mənə verilən məlumata görə, bu qurğuların inşasında çalışanların əksəriyyəti - 90 faizi Azərbaycan vətəndaşı olub. Yəni, bu illər ərzində gözəl kadr potensialı yetişib və bu, əlbəttə, ölkəmizin enerji potensialını, iqtisadi potensialını gücləndirəcək. Çünki təkcə "Şahdəniz-2" layihəsi çərçivəsində əlavə 16 milyard kubmetr qaz, eyni zamanda, kifayət qədər kondensat hasil ediləcək. Hasil ediləcək bütün bu təbii resurslarla bağlı kontraktlar imzalanıb, onların müştəriləri var və inşa edilən Cənub Qaz Dəhlizi vasitəsilə dünya bazarlarına çıxarılacaq. İcra olunan layihələrin hər biri ayrılıqda tarixi hadisədir - TANAP, TAP, Cənub Qaz Kəməri, "Şahdəniz-2" layihəsi, bu platformaların tikintisi, bu yaxınlarda Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışı. Bir daha qeyd edirəm ki, bunların hər biri ayrılıqda tarixi layihədir. Amma bunlara birlikdə baxanda görürük ki, Azərbaycanda nə qədər böyük potensial yaranıb".
Alim