Tanınmış araşdırmaçı səyyah Multikulturalizm Mərkəzində

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycana səfərə gələn italyan-polyak əsilli tanınmış araşdırmaçı- jurnalist, dünya şöhrətli səyyah Yasek Edvard Palkeviçlə görüş olub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycana səfərə gələn italyan-polyak əsilli tanınmış araşdırmaçı- jurnalist, dünya şöhrətli səyyah Yasek Edvard Palkeviçlə görüş olub.

Mərkəzdən "Olaylar" - a bildirlib ki, Rusiya Coğrafiya Cəmiyyətinin və London Kral Coğrafiya Dərnəyinin üzvü Yasek Edvard Palkeviç 1972-ci ildən bəri dünyanın Saxara, Amazon hövzəsi, Sibir, Vyetnam, Namibiya, Atakama, Pataqoniya, Atlantik okeanı, Peru, Təkləməkan kimi maraqlı coğrafi məkanlarına səfər edib, indiyədək elmə məlum olmayan bəzi yerlərin kəşfinə imza atıb. Səyyahın səfərlərindən bəhs edən 30-dan artıq kitabı, qələmə aldığı reportajlar indi də Avropa oxucularının diqqət mərkəzindədir.

BBMM-in aparat rəhbəri, professor Aytən Qəhrəman qonağı salamlayaraq tanınmış araşdırmaçının ölkəmizə səfərindən məmnun olduğunu bildirib, bu səfərin yeni araşdırmaların qələmə alınması üçün zəngin mənbə olacağına ümidvar olduğunu qeyd edib. Aytən Qəhrəman Mərkəzin layihələri, eləcə də işıq üzü görən nəşrlər barəsində qonağa məlumat verib, qonağı maraqlandıran sualları cavablandırıb. Söhbət zamanı Yasek Edvard Palkeviç "Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları" kitabının Azərbaycan, rus və ingilis dilində nəşrlərini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov görüşdə ölkəmizdəki dinlərarası harmoniyadan, tolerantlıq mühitindən söz açıb.

Yasek Edvard Palkeviç buraya gəlməzdən əvvəl Azərbaycanın multikulturalizm modeli ilə nəzəri tanış olduğunu, bu ölkənin multikultural dəyərlərinə maraq göstərdiyini bildirib.

Qonaq 2008-ci ildən Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə start götürən və sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"ni təqdir etdiyini bildirib və bu beynəlxalq layihənin mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və qonşu regionalrın hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verdiyini deyib.

Yasek Edvard Palkeviç görüş zamanı həmçinin taleyin hökmü ilə Azərbaycanı özünə vətən seçmiş polyaklar, eləcə də məşhur memarlar İosif Qoslavski, Yevgeni Skibinski və L. Plaşko ilə bağlı oxuduğunu, ölkəmizlə bağlı dərin təəssüratlar aldığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31