Gündəm

Makedoniyada azərbaycanlıları sevindirəcək TƏYİNAT

1 İyun 2017 15:59

Türk Hərəkat Partiyasının sədri professor Prof.Dr. Adnan Kahil Makedoniyada qurulan Zoran Zaev hökümətində Türk dünyası məsələlər üzrə dövlət nazir vəzifəsini tutub.

Venesuela çalxalanır: küçələrdə raketlər atılır

1 İyun 2017 15:57

Venesuelada prezident Nikolas Maduronun istefasını tələb edənlərin genişmiqyaslı etiraz aksiyaları davam edir.  Aksiyalar başlayandan bəri həlak olanların sayı 59 nəfərə çatıb.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbirlər keçirilib

1 İyun 2017 15:45

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbirlər təşkil olunub.

Varis Quliyevin monoqrafiyası çap olundu

1 İyun 2017 15:44

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçisi, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Loğman Bayramov və Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə elmlər doktoru, dosent Varis Quliyevin müəllifi olduqları “Naxçıvan Muxtar Respublikasında armud bitkisinin genefondu və bioloji xüsusiyyətləri” monoqrafiyası işıq üzü görüb.

Misir televiyazasında Azərbaycana həsr edilmiş veriliş yayımlanıb

1 İyun 2017 15:43

Misir Ərəb Respublikasının 1-ci televiziya kanalında yayımlanan "Yarım saat turizm" verilişinin növbəti buraxılışı Azərbaycana həsr edilib. DİDK-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub. Şahzadə Məhəmməd Əli Saray-Muzeydə lentə alınmış verilişdə “Vətənpərvər”- Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov qonaq olub. S.Nəsirov Azərbaycanla Misir arasındakı tarixi, siyasi, mədəni, iqtisadi və turizm əlaqələrindən söhbət açıb.

Bəhrəmtəpə - Mincivan yolu əsaslı şəkildə yenidən qurulur

1 İyun 2017 15:42

Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tövsiyyə və tapşırıqlara əsasən “Azəravtoyol” ASC tərəfindən yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 112-177-ci km-lik hissəsində (65 km) işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. “Azəravtoyol” ASC-dən “OLAYLAR”-a bildirilib ki, yenidənqurma işləri iki hissə üzrə, yolun 112-137 və 138-177-ci km-də aparılır. Avtomobil yolunun Beyləqan rayonu ərazisinə düşən 112 -137 ci km-də (26 km) asfaltlanma işləri artıq yekunlaşmaq üzrədir. Füzuli rayonun ərazisinə düşən ikinci hissənin uzunluğu 39 km-dir. Sözügedən ərazidə yolun könnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb, 8 km-lik hissədə yeni yol yatağı inşa edilib.

Binəqədi rayonunda Şura iclası keçirilib

1 İyun 2017 15:41

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında “Rayonda ideoloji işin təşkili vəziyyəti və onun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər”ə həsr olunmuş Şura iclası keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və s. iştirak edib.

Dərman vasitələrinin reklam aksiyası qadağan olunur

1 İyun 2017 15:40

Azərbaycanda dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər də cərimə ediləcək.

Hacı Cavad məscidinin yeni ünvanda tikiləcəyi yerə baxış keçirilib

1 İyun 2017 15:35

Prezident İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin həmin rayonun ərazisində yeni ünvanda təməlinin qoyulacağı yerə baxış keçirilib.

Musa Qasımlı: “Ölkələrimiz arasında münasibətlərin böyük potensialı var”

1 İyun 2017 15:33

“Dünyanın yeganə fövqəldövləti olan ABŞ-ın Prezidentinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı iki məktub ilk baxışda protokol qaydası kimi görünsə də, əslində onlarda yazılanların dərin mənası vardır”. Bunu  millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.

Moskvada binada YANĞIN: 200 nəfər təxliyyə edildi

1 İyun 2017 15:28

Moskvada inzibati binada yanğın baş verib. Rusiya Fövqəladə Hallar Xidməti yanğınla əlaqədar 200 nəfərin təxliyyə edildiyi barədə məlumat yayıb. Məlumata görə, yanğın inzibati binada ofislərin birində baş verib. Məlumatda qeyd olunub ki, insident nəticəsində ofisdə mebellər yanıb, xəsarət alan yoxdur.

“Mersedes” nənə və nəvəni vurdu

1 İyun 2017 15:26

Mayın 31-də saat 22 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Bakı şəhər sakini Elçin Qurbanov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakinləri Nargül Əmirovanı və nəvəsi 14 yaşlı Qorxmaz Əmirovu vurub.“Olaylar” saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində xəstəxanaya yerləşdirilən N.Əmirova orada ölüb, azyaşlının vəziyyəti orta-ağırdır. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Azərbaycan və Türkiyə gömrük hüquqpozmalarına qarşı mübarizədə maraqlıdır

1 İyun 2017 15:21

Naxçıvan şəhərində Azərbaycan və Türkiyə gömrük xidmətlərinin əməkdaşları arasında hüquqpozmalara qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi mövzusunda işgüzar görüş keçirilib.

Nigar Adil yazır... Üzünüzdən çox, gözləriniz gülsün, mələklərim mənim...

1 İyun 2017 15:17

Son zamanlar sosial şəbəkələrdən səbirli anaların videoları üstünlük təşkil edir. Məsələn, uşaq rəngli boya ilə divarın bir hissəsini özü istədiyi kimi boyayır, digəri palçıqlı suda uzanır, üst – başı, sifəti palçıqlı su ilə rənglənir. Həmişə bu videolara baxnda özümü bir anlıq həmin anaların yerinə qoyuram və özümə sual verirəm: “sən bu vəziyyətdə nə edərdin?”

Ekspert: "Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlığın inkişafı çox vacibdir"

1 İyun 2017 15:08

İŞİD və digər terror qruplaşmalarının fəaliyyəti nəticəsində ABŞ-ın milli təhlükəsizliyinin və prioritetlərinin daim təhlükədə olduğu bir vaxtda Vaşinqtonla Bakı arasındakı strateji əməkdaşlıq fundamental vacib aspektdir. Bunu  ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.