Misir televiyazasında Azərbaycana həsr edilmiş veriliş yayımlanıb

Misir Ərəb Respublikasının 1-ci televiziya kanalında yayımlanan "Yarım saat turizm" verilişinin növbəti buraxılışı Azərbaycana həsr edilib. DİDK-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub. Şahzadə Məhəmməd Əli Saray-Muzeydə lentə alınmış verilişdə “Vətənpərvər”- Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov qonaq olub. S.Nəsirov Azərbaycanla Misir arasındakı tarixi, siyasi, mədəni, iqtisadi və turizm əlaqələrindən söhbət açıb.

Misir Ərəb Respublikasının 1-ci televiziya kanalında yayımlanan "Yarım saat turizm" verilişinin növbəti buraxılışı Azərbaycana həsr edilib. DİDK-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub. Şahzadə Məhəmməd Əli Saray-Muzeydə lentə alınmış verilişdə "Vətənpərvər"- Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov qonaq olub. S.Nəsirov Azərbaycanla Misir arasındakı tarixi, siyasi, mədəni, iqtisadi və turizm əlaqələrindən söhbət açıb. Verilişdə eyni zamanda Misirlə Azərbaycanın oxşar adət-ənənələrindən bəhs olunub, Misirin Azərbaycanın müstəqillik əldə etdikdən sonra diplomatik əlaqələr qurduğu ilk dövlətlərdən olması diqqətə çatdırılıb. Bundan başqa, Misir tarixində mühim rol oynamış görkəmli azərbaycnlılar - Misir tibb elminin inkişafında xüsusi xidmətləri olmuş, Misirin Baş həkimi Fəthullah İbni Nəfis, Misiri işğaldan azad etmiş Səlahəddin Əyyubi, Misirin Baş hakimi olmuş Əfzələddin Xuncinin fəaliyyətinə də toxunulub. Misirlə Azərbaycan arasında bütün sahələr üzrə əlaqələrin daim inkişaf etdiyini bildirən S.Nəsirov mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndiyini vurğulayıb. Verilişin formatına uyğun olaraq proqramda S.Nəsirovun ailə üzvləri və digər soydaşlarımız iştirak edərək Azərbaycanın milli geyimlərini nümayiş etdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31